2 yaşı tamam olan ShushaPost.az saytı təkmilləşdirildi – ŞURANIN DƏSTƏYİ İLƏ

2 yaşı tamam olan ShushaPost.az saytı təkmilləşdirildi – ŞURANIN DƏSTƏYİ İLƏ

ShushaPost.azsaytı 2016-cü ilin aprel ayının 24-dən fəaliyyət göstərir. İlk öncə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində fəaliyyətə başlayan sayt son 2 ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının daxili imkanları hesabına ayaqda qalmışdır.

Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv, qərəzsiz ölkə və dünya ictimaiyyətinə 2 dildə çatdırmağı hədəfləyən saytın sonrakı taleyi müəmmalı, bağlanma təhlükəsi ilə üz-üzə qalmışdır.Təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci il üzrə QHT-lər üçün 1-ci qrant müsabiqəsinə "ShushaPost.az informasiya portalının təkmilləşdirilməsi” layihəsi ilə müraciət etdi və müsbət cavab aldı və 2 aylıq layihə çərçivəsində dəstək aldı. Mən saytımızın kollektivi adından Şura katibliyinə təşəkkür edirəm. ShushaPost.az informasiya portalı olaraq ayaqda qalmağımız, düşmənlə daha sistemli mübarizə aparmağımız üçün ölkəmizdə fəaliyyət göstərən hökümət və qeyri-hökumət qurumlarını əməkdaşlığa və bizə dəstək olmağa dəvət edirik. Biz bu illər ərzində bir çox qurumlara müraciət etdik. Təəssüflər olsun ki, müsbət cavab ala bilmədik. Saytımızda bayağı, şou-biznes xarakterli yazılar dərc edilmədiyi üçün reklam potensialı da aşağıdır. Lakin ixtisaslaşmış sayt olduğundan, eyni zamanda, ölkəmizin xarici siyasətinin ən strateji istiqamətlərinə yönəlik fəaliyyətindən dolayı dəstəyə böyük ehtiyacımız var. Erməni haker qrupları bu illər ərzində 6 dəfə saytımızı tamamilə dağıdıblar. Bu da onu deməyə əsas verir ki, biz hardasa hədəfimizə çatmışıq və heç bir halda bu saytı yarı yolda qoymayacağıq. 24 aprel tarixində ermənilər dünyaya qondarma soyqırım iddiasını sırımaq istəyirlər. ShushaPost saytı da məhz bu tarixdə yaranıb, həqiqətləri dərc etməyi hədəfləyib. Şuşada görüşənədək.”

 

Xəbər lenti