“20 ildir Ermənistan Koçaryan və Sarkisyan kimi işğalçıların girovu altındadır” - Politoloq

BNEWS.az xəbər verir ki, Aprelin 13-dən etibarən Ermənistanda "Elk" fraksiyası rəhbəri, deputat Nikol Paşinyanın başlatdığı mitinq və yürüşlər artıq 10 gündür ki, fasiləsiz olaraq davam edir.
Bu gün isə etiraz aksiyalarına tələbələrin ardınca hərbçilər də qoşulub. Yürüşlərdə çoxlu sayda hərbçi iştirak edir. Hazırda avtoritar rejimin başında dayanan şəxs ölkəyə nəzarəti itirdiyini söyləmək olarmı? Məsələylə bağlı fikirlərini BNEWS.az-a bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanda vəziyyətin getdikcə gərginləşdiyini bildirib: "Hələ keçən açıqlamalarımda mən tam əminliklə qeyd etmişdim ki, İrəvanda keçirilən etiraz aksiyaları bir halda nəticə verə bilər ki, polis və hərbi qüvvələr xalqın tərəfinə keçsin. Bu baş verməyəcəyi halda Serj Sarkisyanın durumu ağırlaşa bilər. Burada iki ssenari baş verə bilər - ya S. Sarkisyan hakimiyyətdən gedəcək, ya da Ermənistanda kriminal-işğalçı hakimiyyət İrəvanda baş qaldıran etiraz dalğasını beşiyindəcə boğmaq üçün əlindən gələni edəcək. Belə ki, S. Sarkisyan Ermənistanın 3-cü prezidenti seçiləndə insanlar buna etiraz edirdi. Məhz vəziyyətdən çıxış yolu kimi, S. Sarkisyan 2008-ci il mart ayının 1-dən 2-nə keçən gecə dinc insanlara qarşı atəş açmaq əmrini verdi. Nəticədə həmin gün baş verən qanlı toqquşmada 10 nəfər dinc sakin öldü, 200 nəfər müxtəlif dərəcədə bədən xəsarət aldı, daha 100 nəfər isə həbs edildi”.
Elxan Şahinoğlunun sözlərinə görə, hazırda hər iki ssenari Ermənistana yaxşı heç nə vəd etmir: "Ermənistan sürətlə kasıblaşır, ölkə əhalisi, o cümlədən, Dağlıq Qarabağ səfalət içindədir, erməni gənclər Dağlıq Qarabağ uğrunda ölmək istəmirlər. Əgər bir necə gün ərzində etiraz aksiyalarına qoşulan hərbçilərin sayı artarsa, o zaman Ölkə səfalət içindədir, cəbhə bölgəsində vəziyyət pisdir. Bir necə gün ərzində etiraz aksiyalarına qoşulan hərbçilərin sayı artarsa, o zaman Armen Sarkisyan ölkənin yeni prezidenti çox çətin seçim qarşısında qalacaq. Dünən A. Sarkisyan İrəvandakı etiraz aksiyalarını şərh edərkən tərəfləri dialoqa çağırıb. Əslində bu S. Sarkisyana bir mesaj idi. Hazırda Azərbaycan Ermənistanda baş verən bütün prosesləri izləməlidir. Biz istərdik ki, Ermənistanda işğal və Xocalı soyqırımı faciəsi ilə bağlılığı olmayan qüvvələr hakimiyyətə gəlsin. 20 ildir Ermənistan Robert Koçaryan və S. Sarkisyanın kimi işğalçıların girovu altındadır. Əgər Ermənistan R. Koçaryan və S. Sarkisyandan azad olarlarsa, hakimiyyətə yeni qüvvələr gələrlərsə, o zaman izah etmək lazımdır ki, Türkiyə və Azərbaycanla düşmənçilik onlara xeyir etmir, əksinə geri salır. Amma bu o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsi dərhal həll olunacaq”. Politoloqun fikrincə indiki vəziyyətdə Azərbaycan Dağlıq Qarabağı hərbi yolla azad etməyə qərar versə, o zaman əks nəticə ilə üzləşr: "Ermənistan cəmiyyəti S. Sarkisyanın ətrafında birləşər. Bu, bizə deyil, S. Sarkisyana lazımdır. Ona görə də, Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribat törədirlər”.
BNEWS.az
Xəbər lenti
-
12:266 övladını qoyub döyüşlərə qatılan Vətən müharibəsi iştirakçı
-
15:13Gənclər, biznes ideyalarınızı reallaşdırmaq üçün müraciət müddəti 28 mart tarixinədək uzadıldı
-
11:28Suraxanı rayonunda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
-
11:25Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib
-
11:18Mingəçevirin küçə və parklarının yaşıllıqları qorunacaq - SUVARMA ŞƏBƏKƏSİ ÇƏKİLİR
-
19:41Göygöl - Daşkəsəndə şəhid ailələri ziyarət edilir
-
17:11"Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın" - Azay Quliyev
-
13:27“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:21İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
-
13:15İlham Əliyev və Mehriban Əliyeva dünyada ilk dəfə Bakıda yaradılan gəmi-muzeyinin açılışında
-
13:12İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
-
13:04Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ
-
11:26Şücaəti ilə tarix yazan qəhrəman şəhidimiz Cəlaləddin Fərhadov - FOTOLAR
-
17:29Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
-
15:40Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
15:37Son nəfəslərinə kimi evlərini ermənilərə təslim etməyən bir ailə dastan yazdı – Bu filmdə Xudayar da oxuyacaq
-
15:30Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
13:15İlham Əliyevdən Fikrət Sadıxovla bağlı SƏRƏNCAM
-
11:43Avropa İttifaqı və UNFPA Azərbaycanda ataların uşağa qulluqda iştirakının təşviqi məqsədilə Atalar Məktəbləri yaradır
-
16:56İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
-
16:10İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi
-
13:52İlham Əliyev iranlı jurnalistə irad bildirdi: “Dediyinizin arxasında durmalısınız”
-
12:18Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi – VİDEO
-
12:12Gənclər təşkilatları Xocalı soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər olublar - VİDEO
-
11:59Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu - Prezident açıqladı
-
19:57“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib - MİNGƏÇEVİRDƏ
-
19:49Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Şamaxıda onlayn formatda konfrans keçirilib - FOTOLAR
-
19:34ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO
-
17:30Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri
-
17:08Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
16:41“Pray for Ganja”
-
11:59Azay Quliyev Koncaryanın yalanını ifşa etdi
-
10:54"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda müzakirələr aparılıb
-
16:19Ramil Həsən Türkiyənin Samsun Universiteti ilə birgə keçirilən tədbirdə çıxış edib - XOCALI SOYQIRIMI İLI BAĞLI
-
11:48Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı
-
17:17Ramil Həsən: "'TƏK MİLLƏT, TƏK ÜRƏK' Beynəlxalq Humanitar Platforması 2000 Şəhid və Qazi ailəsini əhatə edib"
-
16:28Estoniya küçəsində Xocalı soyqırımı haqqında böyük banner asılıb
-
13:59Mingəçevirdə daha bir nümunəvi məhəllə istifadəyə verildi - QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM EDİR
-
13:24Deputat hərbçilərin maaş məsələsini QALDIRDI
-
13:03Muğanbank Çinin “Bir Kəmər Bir Yol” layihəsinə (BRBR) qoşulan ilk Azərbaycan Bankı oldu