“20 ildir Ermənistan Koçaryan və Sarkisyan kimi işğalçıların girovu altındadır” - Politoloq

“20 ildir Ermənistan Koçaryan və Sarkisyan kimi işğalçıların girovu altındadır” - Politoloq

BNEWS.az xəbər verir ki, Aprelin 13-dən etibarən Ermənistanda "Elk" fraksiyası rəhbəri, deputat Nikol Paşinyanın başlatdığı mitinq və yürüşlər artıq 10 gündür ki, fasiləsiz olaraq davam edir.

Bu gün isə etiraz aksiyalarına tələbələrin ardınca hərbçilər də qoşulub. Yürüşlərdə çoxlu sayda hərbçi iştirak edir. Hazırda avtoritar rejimin başında dayanan şəxs ölkəyə nəzarəti itirdiyini söyləmək olarmı? Məsələylə bağlı fikirlərini BNEWS.az-a bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanda vəziyyətin getdikcə gərginləşdiyini bildirib: "Hələ keçən açıqlamalarımda mən tam əminliklə qeyd etmişdim ki, İrəvanda keçirilən etiraz aksiyaları bir halda nəticə verə bilər ki, polis və hərbi qüvvələr xalqın tərəfinə keçsin. Bu baş verməyəcəyi halda Serj Sarkisyanın durumu ağırlaşa bilər. Burada iki ssenari baş verə bilər - ya S. Sarkisyan hakimiyyətdən gedəcək, ya da Ermənistanda kriminal-işğalçı hakimiyyət İrəvanda baş qaldıran etiraz dalğasını beşiyindəcə boğmaq üçün əlindən gələni edəcək. Belə ki, S. Sarkisyan Ermənistanın 3-cü prezidenti seçiləndə insanlar buna etiraz edirdi. Məhz vəziyyətdən çıxış yolu kimi, S. Sarkisyan 2008-ci il mart ayının 1-dən 2-nə keçən gecə dinc insanlara qarşı atəş açmaq əmrini verdi. Nəticədə həmin gün baş verən qanlı toqquşmada 10 nəfər dinc sakin öldü, 200 nəfər müxtəlif dərəcədə bədən xəsarət aldı, daha 100 nəfər isə həbs edildi”.

Elxan Şahinoğlunun sözlərinə görə, hazırda hər iki ssenari Ermənistana yaxşı heç nə vəd etmir: "Ermənistan sürətlə kasıblaşır, ölkə əhalisi, o cümlədən, Dağlıq Qarabağ səfalət içindədir, erməni gənclər Dağlıq Qarabağ uğrunda ölmək istəmirlər. Əgər bir necə gün ərzində etiraz aksiyalarına qoşulan hərbçilərin sayı artarsa, o zaman Ölkə səfalət içindədir, cəbhə bölgəsində vəziyyət pisdir. Bir necə gün ərzində etiraz aksiyalarına qoşulan hərbçilərin sayı artarsa, o zaman Armen Sarkisyan ölkənin yeni prezidenti çox çətin seçim qarşısında qalacaq. Dünən A. Sarkisyan İrəvandakı etiraz aksiyalarını şərh edərkən tərəfləri dialoqa çağırıb. Əslində bu S. Sarkisyana bir mesaj idi. Hazırda Azərbaycan Ermənistanda baş verən bütün prosesləri izləməlidir. Biz istərdik ki, Ermənistanda işğal və Xocalı soyqırımı faciəsi ilə bağlılığı olmayan qüvvələr hakimiyyətə gəlsin. 20 ildir Ermənistan Robert Koçaryan və S. Sarkisyanın kimi işğalçıların girovu altındadır. Əgər Ermənistan R. Koçaryan və S. Sarkisyandan azad olarlarsa, hakimiyyətə yeni qüvvələr gələrlərsə, o zaman izah etmək lazımdır ki, Türkiyə və Azərbaycanla düşmənçilik onlara xeyir etmir, əksinə geri salır. Amma bu o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsi dərhal həll olunacaq”. Politoloqun fikrincə indiki vəziyyətdə Azərbaycan Dağlıq Qarabağı hərbi yolla azad etməyə qərar versə, o zaman əks nəticə ilə üzləşr: "Ermənistan cəmiyyəti S. Sarkisyanın ətrafında birləşər. Bu, bizə deyil, S. Sarkisyana lazımdır. Ona görə də, Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribat törədirlər”.

BNEWS.az

Xəbər lenti