Muğanbankda yeni təyinat

Muğanbankda yeni təyinat
"Muğanbank” ASC təcrübəli bank əməkdaşını öz sıralarına cəlb etdi. Murad Mehdiyev bankın Satışa Dəstək Departamentinin direktoru vəzifəsinə təyin olunub.
Ümumilikdə bank sahəsində 18 ildən artıq təcrübəyə malik olan Murad Mehdiyev, uzun illər "AGBank” ASC-də müxtəlif vəzifələrdə çalışmış, mütəxəssis vəzifəsindən departament direktoru müavini vəzifəsinədək yüksəlmişdir. Daha sonra AGBank ASC- də uzun müddət filial müdiri vəzifəsini icra etmişdir. 2020-ci ildən etibarən "Rabitəbank” ASC-də İdarə Heyəti Sədr müavininin satış üzrə müşaviri, daha sonra isə həmin bankın "Kaspian” filialının müdiri vəzifəsində çalışmışdır.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.

Xəbər lenti