Layihə haqqında

ShushaPost.az saytı 2016-cü ilin aprel ayının 24-dən fəaliyyət göstərir. İlk öncə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində fəaliyyətə başlayan sayt son 2 ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının daxili imkanları hesabına ayaqda qalmışdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv, qərəzsiz ölkə və dünya ictimaiyyətinə 2 dildə çatdırmağı hədəflərin saytın sonrakı taleyi müəmmalı, hətta fəaliyyətini dayandırmaq üzərə idi. Təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci il üzrə QHT-lər üçün 1-ci qrant müsabiqəsinə “ShushaPost.az informasiya portalının təkmilləşdirilməsi” layihəsi ilə müraciət etdi və müsbət cavab aldı. ShushaPost.az saytının kollektivi Şuraya öz təşəkkürünü bildiririk.

Xəbər lenti