Almaniyada koronavirusa yoluxanların sayı 20 minə yaxınlaşır

Almaniyada koronavirusa yoluxanların sayı 20 minə yaxınlaşır
Almaniyanın "n-tv” televiziyası ölkədə koronavirusa yoluxanların sayının 19 min 711-ə çatdığını bildirib. 

7news.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu rəqəm Almaniyada virusa yoluxma səviyyəsinə dair statistikanı aparan "Robert Koch” İnstitutunun hesablamalarında 6 min çoxdur.

Almaniya Səhiyyə Nazirliyinin tabeliyində olan "Robert Koch” İnstitutunun martın 20-nə olan rəsmi məlumatında isə virusa yoluxanların ümumi sayı 13 min 957 nəfərdir. Onlardan 31 nəfəri dünyasını dəyişib. 

İnstitut rəhbərliyi məlumatdakı uyğunsuzluqlardan xəbərdar olduğunu bildirərək mətbuatın açıqladığı rəqəmə aydınlıq gətirib. 

Bildirilib ki, ölkə üzrə virusa yoluxma hadisəsinə mətbuat daha cəld reaksiya verir. İnstitut isə gündə bir dəfə regionlardan məlumatları qəbul edir və bu zaman "müvəqqəti geriləmə” müşahidə edilir. Bu səbəbdən də institutun elan etdiyi rəqəmlərlə medianın məlumatları fərqlənir. 

Xəbər lenti