ASGA aztəminatlı ailələrə ərzaq və gigiyenik vasitələr payladı – ŞURANIN DƏSTƏYİ İLƏ

ASGA aztəminatlı ailələrə ərzaq və gigiyenik vasitələr payladı – ŞURANIN DƏSTƏYİ İLƏ

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) mətbuat xidmətindən verilən məlumata görə layihə çərçivəsində 97 ailəyə ərzaq və tibbi vasitələr paylanıldı. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı "Pandemiya dönəmində aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması” layihəsi çərçivəsində yardım veriləcək ailələrin siyahısı müəyyən edilib və bu siyahılar üzrə yardım paketi təqdim edilib.

 

 

ASGA sədri Səbuhi Abbasovun sözlərinə görə 2 aylıq layihə çərivəsində 97 ailəyə yardım edib: "İyul ayından başlayan layihə çərçivəsində 97 ailəyə ərzaq və gigiyenik malların yardımını etdik. QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Pandemiya dönəmində aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması” layihəsi çərçivəsində 97 ailəyə ərzaq və tibbi ləvazimatlar paylanıldı. Şura katibliyinə, həssas dönəmdə göstərdikləri diqqətdən dolayı təşəkkür edirəm”


















Xəbər lenti