Avropa Şurasına olan ümidlər suya düşür
Prezidenti İlham Əliyevin 3 iyunda Tərtər rayonundakı idman kompleksinin açılışında ictimaiyət qarşısındakı çıxışı dünya siyasətçilərinə bir mesaj idi. Həm anlayana, həm anlamayana, elə həm də anlamaq istəməyənə!
Ölkə rəhbəri çox təəssüf hissilə Avropa Şurası Parlament Asambleyasının işğalçı ölkə Ermənistanla müqayisədə Azərbaycana qarşı tam qərəzli mövqe tutduğunu bildirdi və bir sıra məsələlərə aydınlıq gətirdi. Təməlini təşkil edən bəşəri, demokratik dəyərlər məhz qurumun özü tərəfindən dəfələrlə pozulur və prezident bu qərəzli münasibəti böyük dəqiqliklə ifadə etdi - Azərbaycanafobiya.
Ümumiyyətlə AŞPA-nın və ya elə bəzi avropalıların bu konteksdə Azərbaycana qarşı qərəzli mövqeyinin tarixi daha qədimdir, qəribə səslənsə də artıq xroniki hal alıb. 1828-ci il. Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi qaydada Azərbaycan ərazilərinə köçürülməsi, bölgədəki müsəlmanları zorla köçə və qırğınlara məruz qoyaraq kilsəni ön plana çəkməklə xristianlığın qabardılması prezidentin Azərbaycanafobiya və İslamafobiya ifadələrinə dəqiqliyilə uyğun gəlir.
Bəli, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı dəfələrlə soyqırımların təşkil olunmasında müxtəlif vasitələrlə rol oynayan, Azərbaycanın sərvətlərinə və ərazilərinə göz dikən, Azərbaycan Xalq Cumhuriyyətinin süqutuna zəmin yaradan da avropalılar idi, düz yüz il sonra AŞPA-da təmsil olunanlarda. Tarix və faktlar göstərir ki, Azərbaycana qarşı qərəzli mövqe onlara ata-babalarından yadigar qalıb.
Cənab Prezident Tərtərdə çıxışında ilk əvvəl irsimizə sahib çıxmağın zəruri olduğunu bildirdi. 1918-ci ildə baş verənlərə toxunaraq tarixi hadisələrdən ibrət götürməliyik dedi. O dövrdə Azərbaycanın digər ərazilərinə iddia etməsinlər deyə İrəvanı ermənilərə güzəştə getdik. Amma onlar acgözlüklərindən, məkirli niyyətdən əl çəkmədilər. Ermənistanın hazırki ərazisi tamamilə Qərbi Azərbaycandır. Ermənilər indidə işğal etdikləri Qarabağ ərazisində və ətraf rayonlarda ikinci erməni dövləti yaratmaq xülyasındadırlar. Kiminsə malına, dövlətinə, milli sərvətinə, adət-ənənəsinə, musiqisinə göz dikə-dikə...
BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə əlaqədar 1993-cü ildə 4 qətnamə qəbul edib. Bundan başqa Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyinə dair Avropa qurumlarının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının qətnamələri var. Ancaq bu sənədlər hamısı yalnız kağız üzərindədir və Ermənistan indiyə qədər bu qətnamələrdə öz əksini tapan tələbləri yerinə yetirməyib, Azərbaycan torpaqları hələ də işğal altındadır. Təsəvvür edin erməni həyasızlığı o dərəcəyə çatıb ki, bu yaxınlarda Dağlıq Qarabağda qondarma "seçkilər” keçirdilər, ütsəlik özlərinə qondarma bir "prezident” də seçdilər. Gülünc səslənir bəli, amma qondarma bir inaqurasiya şousu da təşkil etdilər. Düzdür, əksər beynəlxalq təşkilatlar bu şounu qınadılar və bu absurd, qondarma seçkiləri qəbul etmədilər. Axı istər daxili, istərsə də beynəlxalq baxımından bu seçkilərin heç bir hüquqi əhəmiyyəti yox idi. Amma Avropa Şurası... Bu mötəbər qurum həmişə olduğu kimi bu məsələdə də susmağı üstün tutdu.
Azərbaycan2001-ci ildən Avropa Şurasının üzvüdür. Görəsən necə olur ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan başqa ölkənin, yəni Azərbaycanın ərazilərini işğal edir,sonra da Avropa Şurası buna münasibət bildirmir? Axı niyə? Azərbaycan ictimai rəyində bu təşkilatın heç bir nüfuzunun olmaması da elə bu səbəbdəndir. İnsanlarımızın düşüncəsində bu qurumun qərəzli və ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bir təşkilat olması kimi rəy formalaşıb.
Başqa bir nüans. Azərbaycanın işğal edilmiş ərazilərində təşkil olunan qondarma seçkilər beynəlxalq hüquqa zidd olmaqla yanaşı dünyanı cənginə alan COVİD 19 pandemiyası ərəfəsinə təsadüf etdi. Əslində belə bir məqamda Avropa Şurası digər beynəlxalq təşkilatlardan qabaq bu qondarma "seçkilər”i tanımadığı barədə bəyanat verməli idi.
Sayı hesabı olmayan digər bir məqam - dünya faşizm ideologiyası ilə mübarizə apardığı bir vaxtda, dinc insanlara qarşı kütləvi qırğınlarda Hitlerlə əlbir olan Qaregin Njdeyə Ermənistanın paytaxtında böyük bir abidə qoyulub. Axı Avropa Şurası belə hallarda sərt mövqeylə çıxış edərdi. İndi Qaregin Njdenin böyük bir abidəsi qarşısında niyə susur? Bəli, Azərbaycanın məsələni dəfələrlə qaldırmasına baxmayaraq ikili standartlar nümayiş etdirilir.
Sadalananlar qərəzli mövqenin bir hissəsidir və Azərbaycan xalqının Avropa Şurasına olan ümidləri öz-özünə sönmür. Qurum Azərbaycan kimi iqtisadi-siyasi tərəfdaşı itirməyi gözə almamalı, öz fəaliyyətini bir daha gözdən keçirməli və missiyasına sadiq qalaraq Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirməlidir.
Təranə Paşayeva
"Loqos” un rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İB-nin sədri
Xəbər lenti
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
Digər xəbərlər
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı