Azad olunmuş ərazilərin iqtisadi inkişafı Qafqaz regionunu dirçəldəcək

Azad olunmuş ərazilərin iqtisadi inkişafı Qafqaz regionunu dirçəldəcək
Türkiyə-Rusya birgə monitorinq mərkəzi regionda sabitliyi zəmanət altına alır

2021-ci ildə dövlətin iqtisadi inkişafıda proritet məsələlərindən biri də Qarabağ regionunda  həyatın canlanması üçün tikinti-quruçuluq işlərinin aparılmasıdır. Nəzərə alsaq ki, ötən 2020-ci il pandemiya və Vətən müharibəsi dövrünə təsadüf etməsinə baxmayaraq ölkənin iqtisadi inkişaf tempi qismən sabit, çox vaxt isə artan qrafik üzrəmüsbət istiqamətdəolmuşdur. (rəsmi rəqəmərə istinadən) Bunun əsas səbəbləri sərbəst ticarət faktorunun mövcudluğu, ticarətə dövlət dəstəyinin artması, güzəştli kreditlərin verilməsi və xarici investorların ölkəyə cəlb olunmasıdır.
İşğaldan azad olunmuş ərazilərdə həyatın canlanması, tikinti-quruçuluq işlərinin aparılması, sosial təsisatların yaradılması, turizim və sənayenin inkişaf etdirilməsi dövlətin əsas proritet məsələlərindən bir neçəsidir. Sadalanan işlərin görülməsi üçün milyardlarla sərmayə qoyulmasına ehtiyac var. Şübhəsiz ki, dövlətin maliyyə imkanları nəzərdə tutulan tikinti-quruculuq işlərini yüksək səviyyədə aparmağa imkan verir.  Lakin Qarabağın tez bir zamanda canlanması və inkişaf stateqiyası çərçivəsində uğurun əldə olunması xarici investorların və transmilli şirkətlərin ölkəyə cəlb olunmasından keçir ki, bu istiqamətdə də dünya dövlətlərinin təcrübəsi öyrənilməlidir. Xüsusən də bu işə dost-qardaş ölkələrin ( Türkiyə, Pakistan, İtalya, İsrail və b.) cəlb olunmasının əhəmiyyəti böyükdür.
İnvestorların ölkəyə sərmayə qoyması üçün əlverişli mühütün olması başlıca amildir. Onların böyük əksəriyyəti ictimai-siyasi, hərbi sabitlik olan ölkələrə maraq göstərirlər. Bu kriteriyalar isə ölkəmizdə mövcuddur. Belə ki, ölkədə ictimai-siyasi sabitlik uzun illərdir ki, hökm sürür və Xalqın Ölkə başcısı cənab İlham Əliyevə inamı və sevgisi yüksək səviyyədədir. Hərbi sabitlik məsələsinə gəldikdə isə Vətən müharibəsidə Ali Baş Komandanın rəhbərliyi altında qazanılan qələbədə Azərbaycan öz ərazi bötövlüyünü bərpa etməsi və regionda hökm sürən 30 illik münaqişəyə son qoyması ilə regionda hərbi sabitliyə nail olunub. Düzdü 10 noyabrda imzalanan bəyanatdan sonra bir neçə dəfə hərbi sabitliyi pozmağa cəhdlər olub lakin uğurlu antiterror əməliyyatları keçirilərək həmin erməni terrorçu dəstələri zərərsizləşdirilib. Buistiqamətdə tezliklə rəsmi fəaliyyətə başlayacaq Türkiyə-Rusya birgə monitorinq mərkəzi regionda təhlükəsizlik missialarını uğurla yerinə yetirərək hərbi sabitlik məsələsi zəmanət altına alacaq.
Bununla da regionda əldə olunmuş ictimai-siyasi, hərbi sabitlik xarici investorların, transmilli şirkətlərin regiona cəlb olunmasına təkan verəcək ki, bu da öz növbəsində Qarabağın tez bir zamanda canlanması və iqtisadi inkişaf stateqiyasının reallaşması üçün şərait yaradacaq. Tezliklə yaradılacaq  nəqliyyat, komunukasiya və rabitə xətləri, xüsusən də Naxçıvan dəhizinin və Fizuli hava limanının istifadəyə verilməsi ölkənin iqdisadi inkişaf potensialının yüksəldməsini sürətləndirəcək.
Dövlətin bu istiqamətdə Ulu öndər Heydər Əliyev siyasi təcrübəsindən istifadə etmək imkanı da var. Belə ki, 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra Azərbaycana transmilli şirkətlərin gəlməsi və milyonlarla dollar sərmayənin yatırılması məhz Ulu öndər Heydər Əliyevin dahi siyasəti, ona olan inam və etimadın nəticəsi idi.
Elvin Qurbani 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 
III kurs tələbəsi.

Xəbər lenti