Azay Quliyev: "305 erməni millətçisi barəsində cinayət işi açılıb "
18 Noyabr 2018, 12:42
18 Noyabr
2018
12:42
2514
Beynəlxalq cinayətlər törətmiş şəxslərin cəzalandırılması Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən hadisələr yalnız ölkəmizin ərazisinin işğalı ilə deyil, həm də soyqırımı cinayəti, insanlığa qarşı hərbi cinayətin törədilməsi ilə nəticələnib.
7NEWS.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Kiyevdə Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının 40-cı illik Forumu və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun Aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyasında "Beynəlxalq cinayətlərin milli və beynəlxalq səviyyədə qarşısının alınması: çağırışlar və imkanlar” mövzusuna həsr edilmiş paneldə çıxışı zamanı deyib.
Azay Quliyev ölkəmizin təcrübəsindən bəhs edərkən qeyd edib: "Baxmayaraq ki, Azərbaycan Roma statutunu imzalamayıb və bununla da Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmayıb, lakin soyqırımı, insanlıq əleyhinə, müharibə cinayəti və işğal cinayəti haqqında hüquqi məsuliyyəti öz milli qanunvericiliyinə daxil edib və Roma statutunun müsbət təcrübəsindən yararlanır. Bundan başqa, "Beynəlxalq cinayət haqqında” qanun layihəsini hazırlamaq və beynəlxalq cinayətin təqibi sahəsində müsbət təcrübəni milli qanunvericiliyə gətirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinin hüquq şöbəsinin müdiri, professor Nizami Səfərovun rəhbərliyi ilə xüsusi işçi qrupu yaradıb”.
Milli Məclisin deputatı bildirib ki, Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalıda azərbaycanlılara qarşı beynəlxalq cinayət törətmiş 305-dən çox erməni millətçisinin cinayət əməlləri haqqında Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər aidiyyəti qurumlar tərəfindən kifayət qədər dəlil və sübutlar toplanılıb və Baş Prokurorluq tərəfindən onlar haqqında cinayət işi açılıb. Baş Prokurorluq tərəfindən indiyə kimi 7500-dən çox istintaq fəaliyyəti həyata keçirilib və cinayət törətmiş bir çox şəxslər haqqında İnterpolda axtarış elan edilib. Lakin təəssüflər olsun ki, biz hələ də bu caniləri tapıb cinayət məsuliyyətinə cəlb edə bilmirik.
"Dünən keçirilən müzakirələr zamanı "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” üzrə ayrıca Tribunalın yaradılması haqqında təklif səsləndirdim. Hesab edirəm ki, beynəlxalq cinayət törətmiş şəxslərin cəzalandırılması və belə bir tribunalın yaradılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər. Cəzasızlıq isə yeni cinayətlərə yol açır”, - deyə ATƏT PA-nın vitse-prezidenti əlavə edib.
Deputat çıxışında Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)