Azay Quliyev hökumətin fəaliyyətini yüksək qiymətləndirdi
16 Mart 2021, 14:23
16 Mart
2021
14:23
975
Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı yüksək qiymətləndirib.
Baş nazirə təşəkkür edən A.Quliyev deyib ki, 2020-ci ilin pandemiyanın tüğyan etdiyi və iqtisadi fəaliyyətlərin ciddi şəkildə məhdudlaşdırıldığı bir il olmasına baxmayaraq, hökumətin nəzərdə tutulan bütün sosial proqramları uğurlu icra etməsi və nisbətən az iqtisadi itkilərlə ili başa vurması xüsusi təqdir olunmalıdır.
Azay Quliyev qeyd edib ki, ancaq 2020-ci il xalqımızın qan yaddaşında pandemiya ili kimi deyil, Ali Baş Komandanın rəhbərliyi və qətiyyyəti ilə Müzəffər Ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etməsi ili kimi əbədiləşdi, Azərbaycanın dövlətçilik tarixinə Zəfər ili kimi qızıl hərflərlə yazıldı:
"Hətta əgər bu gün hökumətin gördüyü işlərlə bağlı Milli Məclisə 455 səhifəlik hesabat deyil, sadəcə "2020-ci ildə Ermənistanın işğalına son qoyulmuş və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir" ifadəsindən ibarət bir cümləlik hesabat daxil olsaydı belə, bu kifayət edərdi ki, Milli Məclis hökumətin 2020-ci ildəki fəaliyyətini tarixi nailiyyət kimi qiymətləndirsin və bu hesabatı xüsusi müzakirə olmadan qəbul etsin.
Bu baxımdan diqqəti keçənilki fəaliyyətin təhlilinə deyil, hökumətin gələcəkdə görülməsi vacib olan bəzi məsələlərə yönəltmək istərdim.
Bildiyimiz kimi, azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı Azərbaycan yeni bir dövrə qədəm qoymuşdur. Bu mərhələdə əsas strateji vəzifə həmin ərazilərin yenidən qurulması və ölkə iqtisadiyyatına sürətli inteqrasiyasını təmin etməkdən ibarətdir.
Bu ərazilər cənab Prezidentin irəli sürdüyü "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyası əsasında yenidən qurulacaq.
Bu konsepsiya bizə həm də 4-cü sənaye inqilabının yeniliklərini tətbiq etmək üçün əlavə imkan və stimul deməkdir.
Ümumiyyətlə, dünyanı 4-cü sənaye inqilabının əsas inkişaf trendlərindən olan gen mühəndisliyi, robot-avtomobilləri, nanotexnologiya, biotexnologiya, təmiz enerji mənbələri, dronlar, bulud sistemləri və bütövlükdə süni intellektin geniş tətbiqi ilə bağlı texnoloji sıçrayış gözləyir.
Biz bu texnoloji dəyişikliyə necə hazırlaşırıq, bu sahədə mütəxəssislər hazırlamaq və dünyanın qabaqcıl üniversitetlərində bu ixtisaslar üzrə təhsil alan tələbələrimizi dəstəkləmək üçün nə etməliyik sualı hökumətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır.
Bilirsiniz ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində gənclərimiz dünyanın 30-dan çox ölkəsinin 400 ali təhsil müəssisəsində dövlət hesabına bakalavr təhsili almışlar. Ancaq indi fəaliyyətdə olan təhsil proqramı çərçivəsində yalnız bəzi ixtisaslar üzrə magistr təhsili dövlət tərəfindən dəstəklənir.
Ümumiyyətlə, xarici universitetlərdə oxuyan tələbələrimizin bir dövr üçün yalnız bakalavr ya da magistr təhsilinin dəstəklənməsi təcrübəsini doğru hesab etmirəm. Burada təhsilin hər ikisi pilləsi dövlət dəstəyinin olması vacibdir.
Yaxşı olardı ki, ən azından, süni inellekt və 4-cü sənaye inqilabının trendinə uyğun digər sahələrdə dünyanın 100 ən qabaqcıl universitetlərində bakalavr pilləsinə qəbul olunan tələbələrimizin də təhsilinə dövlət dəstəyi təmin edilsin.
Hörmətli Baş nazirdən və o cümlədən Təhsil nazirindən xahiş edərdim ki, bu məsələni diqqətdə saxlasın və 2019-2023 -cü illər üzrə müvafiq dövlət proqramında ölkəmizin gələcək inkişafı üçün önəm kəsb edən ixtisaslar üzrə bakalavr təhsilinin maliyyəşləşdirilməsi məqsədilə dəyişiklik imkanlarını nəzərdən keçirsinlər.
Digər bir məsələ Elektron xidmətlərin və rəqəmsallaşmanın əhatə dairəsinin genişlənməsi istiqamətində yeni addımların atılması ilə bağlıdır.
Bugünkü vəziyyət belədir ki, elektron idarəetmənin tətbiqinə hər qurumun öz yanaşması var, bəziləri bunu uğurla tətbiq edərək öz fəaliyyətində səmərəliliyi, əlçatanlığı, şəffaflığı və hesabatlığı təmin edir, neqativ hallara qarşı effektiv mübarizə aparır və idarəetməni modernləşdirir. Lakin bəzi qurumlar isə ya bu yenilikdən ümumiyyətlə istifadə etmirlər ya da onların etdikləri arzuolunan səviyyədə deyil.
Məsələn, rayon İcra hakimiyyətləri ilə birlikdə dövlət büdcəsindən maliyyələşən 250-dən çox qurumdan təxminən 50-də bu və ya digər səviyyədə elektron xidmətlər tətbiq etməkdədir. Yerdə qalan 200 qurumda elektron idarəetmə tətbiq edilməyib.
Elektron və ya rəqəmsal idarəetməyə keçid artıq müasir dövrün tələbidir və biz bu prosesi sürətləndirməliyik.
Çox yaxşı olardı ki, dövlət qurumlarının göstərdiyi bütün elektron xidmətlər vahid elektron xidmət portalında yerləşdirilsin. Fərqli ünvanlarda və mərkəzlərdə toplaşan elektron xidmətlərdən istifadə zamanı vətəndaşlar da çətinliklə üzləşməsinlər. Bu həm də onların maliyyələşdməsi və saxlanma xərclərini optimallşadırar”.
Azay Quliyev deputat seçildiyi 8 saylı Binəqədi 1-ci seçki dairəsinin saciçilərinin iki xahişini də qısa formada hökumətin diqqətinə çatdırıb:
"1. Yanğın təhlükəsizliyi baxımından istismara yararsız olduğunu əsas gətirərək Bakı şəhər Baş Səhiyyə İdarəsi 6-cı mikrorayonda 26 mindən artıq sakinə xidmət göstərən 27 saylı şəhər poliklinikası 2018-ci ilin aprel ayından fəaliyyətini dayandırmışdır. Bu əhali üçün ciddi problemlər yaradır. Müvafiq səhiyyə qurumlarından bu məsələnin həllini xahiş edirəm.
2. 15 binanın təbii qazla təchiz olunması haqqında Nazirlər Kabinetinə olunan müraciətə yenidən baxılması və bu problemin həlli üçün müvafiq addımların atılmasını xahiş edirəm. Problemin detalları haqqında aidiyyatı qurumlar məlumatlıdır”.

Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...