Azərbaycan ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı məsələsini qaldıracaq

09 Fevral 2021, 12:29
09 Fevral
2021
12:29
58
"ATƏT PA-nın qış sessiyası fevralın 24-26-da Vyanada keçiriləcək. Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti qış sessiyasına onlayn qatılacaq”.
Bu fikirləri 7News.Az-a Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bildirib.
Deputat ilk dəfə olaraq ATƏT PA-nın sessiyasına qələbə əhvalında qatılacaqlarını da qeyd edib:
"Bu böyük fəxarətdir”
"Azərbaycan nümayəndə heyəti olaraq indi çox qürurluyuq, çünki birinci dəfədir ki, qalib xalqın nümayəndəsi, işğala son qoyaraq ərazi bütövlüyünü öz gücü ilə bərpa etmiş qüdrətli bir dövlətin təmsilçisi kimi ATƏT PA-nın rəsmi sessiyasında iştirak edəcəyik. Buna görə Ali Baş Komandana, Ordumuza və xalqımıza minnətdarıq. 44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan dövlətinin və xalqının qələbə simvoluna və birliyinə çevrilən "Dəmir yumruğ”un gücünü və əzəmətini gördü. Bu böyük fəxarətdir. Son vaxtlarda keçirilən onlayn konfranslarda Azərbaycana qarşı qərəzli münasibətin dəyişdiyi hiss olunur. Azərbaycana hörmət daha da artıb. Dövlətimizin yaratdığı yeni geosiyasi reallığı artıq hamı qəbul edir və onunla hesablaşırlar. Bu da onu göstərir ki, beynəlxalq aləm ATƏT tarixində ərazi bütöblüyünü öz gücü ilə bərpa edən ilk ölkə kimi Azərbaycanın təcrübəsini unukal bir təcrübə kimi nəzərdən keçirir və beynəlxalq hüququn yaşadığı hazırkı böhranın nəyə gətirib çıxaracağının fərqindədirlər. Gerçəklik odur ki, güc hər şeyi həll edə bilir. Nə qədər haqlı olsaq da, münaqişəyə ədalətli yanaşma tələb etsək də, yalnız "dəmir yumruq” hesabına ədaləti bərpa etdik”.
"Xocalı soyqırımı məsələsini gündəmə gətirəcəyik”
Nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın qış sessiyasının hər il ağrılı keçdiyini də etiraf edib:
"29 ildir ki, Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunada ədalət tələb edirik. Təbii ki, budəfəki sessiyada da Xocalı soyqırımı məsələsini qaldıracağıq. Bunu törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını bir daha səsləndirəcəyik. Bu dəfə qalib dövlətin vətəndaşı, qalib parlamentin üzvü kimi bunları edəcəyik”.
"Ermənistanın manipulyasiya etməsinə icazə verməyəcəyik”
Deputat parlament diplomatiyasının üzərinə düşən işlərdən də söz açıb:
"Döyüş meydanında müharibə başa çatsa da, siyasi məkanda, diplomatiyada mübarizəmiz davam edir. Biz bu işləri uğurla həyata keçirməliyik. Parlament diplomatiyasının da üzərinə böyük iş düşür. Cənab Prezident Azərbaycan xarici siyasətinin bütün prioritet istiqamətlərini, xüsusilə, post-münaqişə ilə bağlı olan məsələləri ictimaiyyətə açıqlayıb. Hesab edirəm ki, cənab Prezidentin bu tezislərini parlament diplomatiyasında olduğu kimi istifadə etməli və onları dünya ictimaiyyətinə çatdırmalıyıq. Münaqişə başa çatıb. Dağlıq Qarabağ məsələsi həll edilib və artıq "Dağlıq Qarabağ” adlı münaqişə yoxdur. İkincisi, Dağlıq Qarabağın statusu anlayışı da artıq mövcud deyil. Ona görə də status məsələsi siyasi gündəmin predmeti ola bilməz. Digər tərəfdən, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar da digər vətəndaşlarımız kimi Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində bütün hüquqlardan istifadə edə bilərlər. Bu məsələ bizim üçün artıq həll edilmiş məsələdir. ATƏT PA-nın qış sessiyasında böyük ehtimal ki, ermənilər "hərbi əsir” adlandırdıqları 62 diversantın məsələsini qaldıracaqlar. Onlar bizim üçün hərbi əsir deyillər və bu adamlar qanunsuz olaraq Ermənistandan Azərbaycanın ərazisinə daxil olaraq terror hadisəsi törədiblər. Onların cinayət əməli müharibə başa çatandan sonra baş verib. Ermənistan bu məsələni bilərəkdən siyasi təbliğatın mövzusuna çevirib. Ancaq bu məsələdə mövqeyimiz aydındır. Biz ermənilərin bu mövzunu manipulyasiya etməsinə icazə verməyəcəyik”.
"Minsk qrupunun mandatına yenidən baxmaq lazımdır”
A.Quliyev ATƏT-in Minsk qrupunun fəaliyyətinə də münasibət bildirib:
"ATƏT-in Minsk qrupu ilə bağlı məsələnin qış sessiyasında gündəmə gətirilmə ehtimalı var. Bəzi ölkələr yenidən Minsk qrupunun dirçəldilməsində maraqlıdır. Hesab edirəm ki, Minsk qrupunun həm özünə, həm də mandatına yenidən baxmaq lazımdır. Əvvəllər Minsk qrupunun öhdəlikləri vardı. Artıq o öhdəliklər həllini tapıb. Eyni zamanda, Minsk qrupu üzərinə düşən mərhələli işlərin heç birində iştirak etməyib. O baxımdan da Minsk qrupunun mövcudluğu sual altındadır. Əgər Minsk qrupu olduğu kimi qalmaq, fəaliyyət göstərmək istəyirsə, ilk növbədə Azərbaycanın rəyi nəzərə alınmalı, şərtləri qəbul olunmalıdır. O zaman Minsk qrupunun fəaliyyətinə ehtiyac olub-olmadığına baxılacaq. Bu ilin yanvar ayında cənab Prezident İlham Əliyev həmsədrləri qəbul edən zaman ölkəmizin bu haqda mövqeyini onların diqqətinə çatdırdı və bu mövqe dəyişməz olaraq qalır.
Bununla yanaşı, əgər həmsədr ölkələr hazırda prosesə yardım etmək istəsələr, onda işğaldan azad edilmiş ərazilər minalardan təmizlənməsində iştirak etsinlər. Bilirsiniz ki, Ermənistan minalanmış ərazilərin xəritəsini bizə vermir. Yaxşı olar ki, Minsk qrupu humanitar missiya çərçivəsində xəritəni ermənilərdən alaraq bizə versin. Digər tərəfdən, işğal altında olan bütün şəhər və kəndlərimiz darmadağın olunub. Həmin ərazilərin yenidən qurulmasında, infrastrukturun bərpasında, məcburi köçkünlərin yurd-yuvalarına qayıtmalarında həmin ölkələr yaxından iştirak edə bilərlər. Ona görə də Minsk qrupu ölkələləri "Dağlıq Qarbağ münaqişəsi” və ya "Dağlıq Qarabağın statusu” haqqında süni və boş bəyanatlar vermək əvəzinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmədiklərinə görə özlərini məsul sayaraq, işğal nəticəsində dağıdılmış ərazilərin bərpası üçün Azərbaycana maddi və texniki dəstək versələr, daha faydalı işlə məşğul olarlar”.
Xəbər lenti
-
15:13Gənclər, biznes ideyalarınızı reallaşdırmaq üçün müraciət müddəti 28 mart tarixinədək uzadıldı
-
11:28Suraxanı rayonunda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
-
11:25Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib
-
11:18Mingəçevirin küçə və parklarının yaşıllıqları qorunacaq - SUVARMA ŞƏBƏKƏSİ ÇƏKİLİR
-
19:41Göygöl - Daşkəsəndə şəhid ailələri ziyarət edilir
-
17:11"Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın" - Azay Quliyev
-
13:27“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:21İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
-
13:15İlham Əliyev və Mehriban Əliyeva dünyada ilk dəfə Bakıda yaradılan gəmi-muzeyinin açılışında
-
13:12İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
-
13:04Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ
-
11:26Şücaəti ilə tarix yazan qəhrəman şəhidimiz Cəlaləddin Fərhadov - FOTOLAR
-
17:29Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
-
15:40Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
15:37Son nəfəslərinə kimi evlərini ermənilərə təslim etməyən bir ailə dastan yazdı – Bu filmdə Xudayar da oxuyacaq
-
15:30Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
13:15İlham Əliyevdən Fikrət Sadıxovla bağlı SƏRƏNCAM
-
11:43Avropa İttifaqı və UNFPA Azərbaycanda ataların uşağa qulluqda iştirakının təşviqi məqsədilə Atalar Məktəbləri yaradır
-
16:56İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
-
16:10İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi
-
13:52İlham Əliyev iranlı jurnalistə irad bildirdi: “Dediyinizin arxasında durmalısınız”
-
12:18Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi – VİDEO
-
12:12Gənclər təşkilatları Xocalı soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər olublar - VİDEO
-
11:59Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu - Prezident açıqladı
-
19:57“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib - MİNGƏÇEVİRDƏ
-
19:49Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Şamaxıda onlayn formatda konfrans keçirilib - FOTOLAR
-
19:34ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO
-
17:30Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri
-
17:08Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
16:41“Pray for Ganja”
-
11:59Azay Quliyev Koncaryanın yalanını ifşa etdi
-
10:54"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda müzakirələr aparılıb
-
16:19Ramil Həsən Türkiyənin Samsun Universiteti ilə birgə keçirilən tədbirdə çıxış edib - XOCALI SOYQIRIMI İLI BAĞLI
-
11:48Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı
-
17:17Ramil Həsən: "'TƏK MİLLƏT, TƏK ÜRƏK' Beynəlxalq Humanitar Platforması 2000 Şəhid və Qazi ailəsini əhatə edib"
-
16:28Estoniya küçəsində Xocalı soyqırımı haqqında böyük banner asılıb
-
13:59Mingəçevirdə daha bir nümunəvi məhəllə istifadəyə verildi - QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM EDİR
-
13:24Deputat hərbçilərin maaş məsələsini QALDIRDI
-
13:03Muğanbank Çinin “Bir Kəmər Bir Yol” layihəsinə (BRBR) qoşulan ilk Azərbaycan Bankı oldu
-
18:45“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
01 Mart 2021
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021
25 Fevral 2021
24 Fevral 2021
23 Fevral 2021
22 Fevral 2021
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev və Mehriban Əliyeva dünyada ilk dəfə Bakıda yaradılan gəmi-muzeyinin açılışında
-
MANŞET, SİYASƏT
İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
-
SİYASƏT
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
-
SİYASƏT
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Şamaxıda onlayn formatda konfrans keçirilib - FOTOLAR
-
SİYASƏT
ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO
-
GÜNDƏM, SİYASƏT
Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
SİYASƏT
Azay Quliyev Koncaryanın yalanını ifşa etdi
-
SİYASƏT
"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda müzakirələr aparılıb
-
SİYASƏT
Ramil Həsən Türkiyənin Samsun Universiteti ilə birgə keçirilən tədbirdə çıxış edib - XOCALI SOYQIRIMI İLI BAĞLI