Azərbaycan Kinosu Günündə regionlarda milli kino nümayişləri keçirilib

Azərbaycan Kinosu Günündə regionlarda milli kino nümayişləri keçirilib
2 avqust - Azərbaycan Kinosu Günündə "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə regionlarda milli kinoların nümayişi keçirilib.
Quba, Xaçmaz, Salyan, Beyləqan, Göygöl, Şəmkir, Lənkəran, Şamaxı və Mingəçevir şəhərlərində açıq havada nümayiş etdirilən filmlərə yerli sakinlər və könüllülər tamaşa edib. İzləyicilərə 124 illik zəngin keçmişə malik Azərbaycan kino sənətinin yeni istehsalı olan "Soyuq günəş", "Dolu”, "Son iclas", "Bir günəş altında" və "Əbədi ezamiyyət" filmləri təqdim edilib. 

Layihənin məqsədi xalqımızın mədəni-mənəvi həyatında mühüm rola malik, özünəməxsus inkişaf yolu keçmiş milli kino sənətinin gənclər arasında təbliği, yeni istehsal edilən Azərbaycan filmlərinin tanıdılması, eyni zamanda region sakinlərinin asudə vaxtlarının və mədəni istirahətlərinin səmərəli təşkilinə dəstək verilməsidir.

Xəbər lenti