"Azərbaycan-Slavyan Gənclərinin I Forumu" öz işinə başlayıb - FOTOLAR
23 Fevral 2019, 01:27
23 Fevral
2019
01:27
2400
22 fevral 2019-cu il tarixdə Bakı Slavyan Universitetində (BSU) Azərbaycan-Slavyan Gənclərinin Birinci Forumu öz işinə başlayıb. Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) təşkilatçılığı ilə 21-24 fevral tarixlərində keçirilir.
Forum Dövlət himninin səsləndirilməsi ilə açılıb, himndən sonra BSU-nun "Arzu” rəqs ansamblının ifasında "Yallı” nümayiş olunub.
Sonra Bakının tarixi yerlərinin, milli mədəniyyət nümunələrimizin görüntülərindən ibarət video-çarx təqdim edilib.
Təqdimatın ardından giriş sözü ilə çıxış edən ASGA-nın sədri Səbuhi Abbasov Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının fəaliyyətindən danışıb.
O qeyd edib ki, ASGA 2006-cı ildə qeydiyyatdan keçib və bu günə qədər 200-ə yaxın layihə reallaşdırıb. Hazırda ASGA-nın Rusiya, Ukrayna, Polşa respublikalarında nümayəndəliklərinin fəaliyyət göstərdiyini deyən sədr bildirib ki, təşkilatın əsas məqsədi respublikamızı Slavyan ölkələrində təbliğ etmək, gənclərarası innovativ informasiya mübadiləsini təmin etməkdir.
S.Abbasov ASGA-nın bu gün bir sıra rəsmi dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıraraq bu qurumların sırasında BSU-nun xüsusi rolu olduğunu vurğulayıb. O qeyd edib ki, İCMAL.az Analitik Təhlil Mərkəzinin texniki dəstəyi ilə 2018-ci ildə ASGA tərəfindən keçirilən rəy sorğusuna əsasən, BSU-nun rektoru, professor Nurlana Əliyeva "İlin rektoru”, BSU isə "İlin Ali məktəbi” seçilib. ASGA-nın ilk Forumunun BSU-da keçirilməsinin təsadüfi olmadığını deyən Səbuhi Abbasov BSU ilə ASGA-nın fəaliyyət istiqamətlərində üst-üstə düşən məqamlardan, bu universitetin slavyan ölkələri ilə sıx əlaqələrindən söz açıb.
Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva ASGA-nın qısa müddət ərzində böyük uğurlara imza atdığını, Azərbaycan və slavyan ölkələrinin çoxsaylı gənclərini ətrafına toplaya bildiyini qeyd edib. BSU rektoru cəmiyyətimizdə gənclərin rolunun artdığını, həyatın müxtəlif sahələrində gənclərə daha çox meydan verildiyini bildirib.
O, Azərbaycan Respublikası Prezidentinin gənclərə qayğısından danışaraq tələbə gənclərin təqaüdlərinin artırılması, onların işlə təmin edilməsi istiqamətində son zamanlar görülən işlər barədə müfəssəl məlumat verib. N.Əliyeva gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, onların mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəldilməsinin günün vacib məsələlərindən olduğunu diqqətə çatdırıb. Azərbaycanın dövlət siyasətinin beynəlxalq arenada daim dəstəkləndiyini deyən Nurlana Əliyeva ASGA tərəfindən keçirilən Forumu dövlətimizin gənclər siyasətinin göstəricisi kimi qiymətləndirib. O bildirib ki, Azərbaycan Slavyan Gənclərinin Birinci Forumunun təməlində Ümimmilli Lider Heydər Əliyevin siyasi ruhu dayanır.
Azərbaycan Respublikasının Gənclər Fondunun sədri Fərid Cəfərov Azərbaycanın tarixi abidələrinin, mədəniyyətinin xarici qonaqlara aşılanmasında Forumun xüsusi rol oyanayacağını deyib, bu Forumun növbəti illərdə də keçirilməsi təklifini irəli sürüb.
O, Bakı Slavyan Universitetində ölkəmiz üçün mütəxəssislər yetişdirildiyini, BSU-nun xarici ölkələrlə körpü rolu oynadığını deyərək bu universiteti bitirən məzunların hazırda Azərbaycanın müxtəlif rəsmi qurumlarında yüksək vəzifə sahibi olduqlarını vurğulayıb. F.Cəfərov nitqinin davamında Gənclər Fondu tərəfindən nəzərdə tutulan layihələr barədə məlumat verib.
Millət vəkili Sahib Alıyev multikulturalizmin Azərbaycanda təkcə dövlət siyasəti deyil, həyat tərzi olmasından, mədəniyyətlərarası münasibtələrin inkişafında xalqlar dostluğunun vacibliyindən söz açıb. Azərbaycan multikulturalizminin xarici ölkə vətəndaşlarına nümayiş edilməsində Forumun mühüm xidməti olacağını deyib.
Tədbirdə çıxış edən millət vəkili Adil Əliyev BSU-nun Azərbaycan xarici siyasətinin xüsusi siması olduğunu vurğulayaraq ASGA və BSU-nun birgə fəaliyyətini yüksək dəyərləndirib, Forumun işinə uğurlar arzulayıb.
Millət vəkili Elşən Musayev Forumun təşkilatçılarına minnətdarlığını bildirib, Azərbaycan Parlamentinin fəaliyyətindən, onun ölkə gənclərinin inkişafındakı rolundan söz açıb.
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Gənclər Parlamentinin sədri Mariya Voropayeva ASGA-nın həyata keçirdiyi yeni layihənin Azərbaycan və Rusiya gənclərinin ikitərəfli əlaqələrinin inkişafına, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyətə töhfə verəcəyini deyib.
Nitqinin davamında M. Voropayeva Rusiya Gənclər Parlamentinin fəaliyyətinə dair slaydı iştirakçılara təqdim edib.
Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının Azərbaycan İcması Evinin damı altında birləşməsinin böyük əhəmiyyət kəsb etdiyini, bunun diasporun yüksək səviyyədə inkişafı üçün uğurlu addım olduğunu qeyd edib. Forumun Azərbaycan və Slavyan ölkələrinin gəncləri arasında münasibətlərin yüksək səviyyədə inkişafında körpü rolunu oynayacağını deyən Ş.Tağıyev bu layihənin işinə Moskva Azərbaycanlıları İcması tərəfindən hər zaman dəstək verməyə hazır olduqlarını dilə gətirib.
Qeyd edək ki, 21-24 fevral tarixlərini əhatə edən Forumun qrafikində Heydər Əliyev Mərkəzinə və Tarix muzeyinə səyahət, həmçinin "Qlobal dünyada dini dəyərlərin qorunması”, "Multikultralizm Azərbaycan modeli: Gənclərin gözü ilə” mövzusunda müzakirələr nəzərdə tutulub.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü