Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? Təhlil və faktlar...
Kütləvi informasiya vasitələrində və ekspert dairələrində Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişin imzalanması ilə bağlı fərqli fikirlər səsləndirilir və hətta bu sazişin imzalanması üçün konkret vaxt təyin edənlər də var idi. Amma görünən odur ki, saziş hələ imzalanmayıb və tərəflər arasında danışıqlar davam edir. Onda sual olunur ki, sazişin imzalanmasına maneə olan nədir?
Etibarlı mənbələrindən əldə etdiyimiz məlumata görə saziş üzrə müzakirələrin davam etməsinin əsas səbəbi tərəflərin ticarət və enerji məsələləri üzrə bir sıra məsələlərdə fərqli mövqeyə malik olmaları ilə bağlıdır. Avropa İttifaqının digər dövlətlərlə münasibətlərində maksimum ticarət preferensiyalarının əldə edilməsi Aİ-nin əsas strateji siyasətlərindən biridir. Bu saziş vasitəsilə də Aİ maksimum özünə sərf edən şərtlərlə Azərbaycan bazarına daxil olmağa çalışır. Azərbaycan tərəfi də obyektiv əsaslarla öz bazarını, şirkətlərin, o şirkətlərdə çalışan vətəndaşlarının maraqlarını qoruyur. Nəticədə Aİ tərəfi öz bazarını bizim üçün açmır, bizdən isə bu məhdudiyyətin tam şəkildə aradan götürülməsini istəyir.
Bundan əlavə Aİ tərəfi israr edir ki, Azərbaycan bu sazişdə öz üzərində öhdəlik götürməlidir ki, yerli təchizatçı, məhsul, iş və xidmətlərin təşviqinə yol verilməsin. Bunun fəsadı odur ki, kiçik və orta sahibkarların dövlət satınalmalında iştirakının təşviqi mexanizmi məhdudlaşdırılmalıdır. Əksinə, indi dövlət belə bir siyasət aparır ki, yerli istehsalçı və yerli məhsulun iqtisadiyyatımızda rolu böyüsün. Bunu hər bir dövlət edir. Öz iqtisadiyyatını qaldırır, öz məhsulunu, öz istehsalçısının maraqlarını qoruyur. Aİ-nin tələbi dövlətimizin apardığı siyasətinə ziddir.
Tərəflər arasında ən çox müzakirə olunan mövzulardan biri enerjidir. Sazişin ticarət hissəsində qarşı tərəf tələb edir ki, enerji üçün ixrac və daxili qiymətləri arasında bağlılıq yaradılsın və Azərbaycanın enerji ixracatına qiymətqoyma meyarları daim Aİ-nin nəzarət altında olsun, daxili enerji qiymətləri elə tənzimlənilsin ki, sənaye və iqtisadi fəaliyyətlə məşğul olan obyektlərə (müəssisələrə) satılan enerjiyə qiymət artsın. Bu isə öz növbəsində həmin müəssisələr tərəfindən istehsal olunan mal-məhsullara qiymətlərin artırılmasına, beləliklə də onların istehsalının istehlakçı üçün cəlbediciliyini zəiflədə, yerli və xarici bazarlarda bu məhsulun rəqabətqabiliyyətliyinin zəiflədilməsinə gətirib çıxara bilər. Aİ-nin qoyduğu tələb Hökumətimizin həyata keçirdiyi bir neçə sosial-iqtisadi və sənaye-iqtisadi strategiya və proqramlarının icrası ilə kəskin ziddiyyət yaradır. Aİ-nin tələbləri əsasında Azərbaycanın enerji siyasətini həyata keçirməsi Azərbaycanda enerjinin qiymətinin 10 dəfə artması deməkdir. Azərbaycan Aİ-nin tələb etdiyi ölkədaxili enerji siyasətinə gedərsə, onda qazın qiyməti Azərbaycanda 500-650 manat arasında dəyişə bilər.
Azərbaycan uzun illər ərzində apardığı danışıqlar nəticəsində sahilyanı ölkələrlə birlikdə Xəzərə dənizinin hüquqi statusu haqqında sazişin imzalanmasına nail olmuşdur. Bu sazişin əsas müddəalarından biri də odur ki, kənar qüvvələrin gəmiləri Xəzər dənizinə buraxılmasın. Aİ tərəfi bu saziş vasitəsilə Xəzər dənizində daşımaçılıq və logistika işlərinə müdaxilə etməyə cəhd göstərirlər. Azərbaycan da haqlı olaraq Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə sadiqdir.
Aİ tərəfi iqtisadi-ticarət və enerji məsələlərində Azərbaycan hökumətinin öz milli maraqlarından, o cümlədən vətəndaşlarının maraqlarından çıxış edən siyasət yürütdüyünü görərək siyasi təzyiq vasitələrinə əl atır. Bəzi dairələr tərəfindən Kipr amilindən istifadə edilir. Azərbaycanın Aİ-nin üzvü olan Kipr ilə diplomatik əlaqələri mövcud deyil. Belə bir şərt qoyulur ki, Azərbaycan Kipr ilə diplomatik əlaqələr yaratmasa, Kipr bu sazişin imzalanmasına imkan verməyəcəkdir. Azərbaycanın Kipr ilə diplomatik əlaqələrinin olmamasının səbəbini isə hər kəs çox yaxşı bilir. Əlavə izahata ehtiyac yoxdur.
Kimin nə deməyindən və hansı siyasət yürütməsindən asılı olmayaraq, görünən odur ki, Azərbaycan öz milli maraqları əsasında siyasətini, iqtisadi inkişaf xəttini davam etdirir. Azərbaycanla strateji tərəfdaşlıq Aİ üçün də vacibdir.
Bilərəkdən-bilməyərəkdən bu məsələni yerli səviyyədə şərh edən və özləri barəsində Avropaya daha yaxın siyasətçi imici yaratmağa çalışan şəxsər və ya müxalifətçilər heç olmasa nəyi şərh etdiklərinin, iddia etdikləri məsələlərin günün sonunda Azərbaycan vətəndaşlarının maraqlarına, sosial statusuna necə təsir edəcəyinin fərqində olmalıdırlar.
7News.Az
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...