"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"


7NEWS.az xəbər verir ki, bu barədə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycan Prezidentinin Özbəkistana səfərini şərh edərkən deyib:  "Azərbaycan Prezidentinin Özbəkistana səfəri kifayət qədər yüksək səviyyədə keçir. İki xalqın doğmalığından qaynaqlanan səmimiyyət və emosionallıq hər addımda hiss olunur. Xüsusən Özbəkistanda yaşayan azərbaycanlıların - əslən Şuşadan olan yazıçı Əli Nəzərlinin və məhəllə rəisi, şəkili xanım Mehriban Ziyadxan qızının çıxışları bir çox kövrək və təsirli məqamla yadda qaldı. İmzalanan müqavilələr isə Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələnin başlanğıcından xəbər verir."
7NEWS.az

Xəbər lenti