Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLAR
08 Oktyabr 2021, 16:58
08 Oktyabr
2021
16:58
923
Oktyabrın 8-də Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - "ictimaishura.az” saytının təqdimatı keçirilib.
Tədbirin moderatoru, layihə eksperti Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, bu platforma ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən "FHI 360”, "ICNL və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən "Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” proqramı çərçivəsində "İctimai Şuralar üçün onlayn portalın yaradılması” layihəsi formatında ərsəyə gəlib.
Cəsarət Hüseynzadə bildirib ki, son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımların atıldığını deyib. Bildirilib ki, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir. Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planında "İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış İctimai Şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, İctimai Şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunur.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiya direktoru Jay Singh çıxışında bildirib ki, oxşar platformalar bəzi ölkələrdə də mövcuddur. USAİD missiya rəhbəri qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanda ictimai iştirakçılığın və onun əsas mexanizmlərindən biri olan İctimai Şuraların inkişaf etdirlməsi istiqamətində tövhə verməkdən məmnundur. Jay Singh USAID-in bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.
"MG Consulting” MMC-nin direktoru, QHT qanunvericiliyi üzrə ekspert Məhəmməd Quluzadə çıxışında "ECSOFT” proqramı haqqında məlumat verərək bildirib ki, ictimaishura.az saytı bu proqram çərçivəsində hazırlanan 2-ci platformadır. Bundan öncə E-Nəzarət Platforması (www.enezaret.az) fəaliyyətə başlayıb. Məhəmməd Quluzadə bildirib "ECSOFT” proqramı çərçivəsində dövlət qurumları ilə geniş əməkdaşlıq qurulub və həmin qurumların əməkdaşları üçün treninqlər təşkil edilib. Proqramın müxtəlif fəaliyyət istiqamətləri ilə QHT-lərlə də geniş əməkdaşlıq həyata keçirilib.
Daha sonra layihənin eksperti və ictimaishura.az saytının rəhbəri Cəsarət Hüseynzadə əyani formada saytın təqdimatını edib və görülən işlər barəsində məlumat verib.
Qeyd olunub ki, ötən ilin sonuna kimi 12 mərkəzi icra hakimiyyəti yanında ictimai şura fəaliyyət göstərib. "Milli Fəaliyyət Planı” çərçivəsində görülən tədbirlər nəticəsində hazırda mərkəzi icra hakimiyyəti yanında İctimai Şuraların sayı 20-yə çatıb. Bu ilin 9 ayı ərzində 14 nazirlik, dövlət komitəsi və xidmətləri yanında İctimai Şuralara seçkilər keçirilib. Bu baxımdan "Milli Fəaliyyət Planı”na qeyd olunun istiqamətlər üzrə töhfələr vermək məqsədilə 2021-ci ilin əvvəlindən "ictimaishura.az” platformasının yaradılmasına start verilib.
.
Layihənin əsas məqsədi İctimai Şuralar barədə ictimaiyyətin məlumatlığını artırmaq və onlarla qarşılıqlı əlaqə yaratmaqla fəaliyyət göstərdikləri dövlət qurumlarının işində şəffaflığının artırılmasıdır. Platforma 30 mərkəzi və yerli icra hakimiyyəti yanında İctimai Şuranı əhatə edir. İctimai Şuraların sayı çoxaldıqca platformadakı şuraların da sayı paralel olaraq artacaq. Sayt xəbərlər, elanlar, seçki, qanunvericilik, nəşrlər, hesabatlar, multimedia və İctimai Şuralar bölməsindən ibarətdir. İctimai Şuralar bölməsində mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və digər qurumlar yanında İctimai Şuralar kataloqu mövcuddur. Bu bölmələr üzrə yaradılan İctimai Şuralar haqqında məlumatların bazası formalaşdırılıb. Funksionallığı və əlçatanlığı təmin etmək məqsədilə platforma üzərindən İctimai Şuralar üçün subsaytlar yaradılıb. Sayt, eyni zamanda, İctimai Şuralar üçün öz subsaytlarını idarə etmək kimi texniki imkanlara da sahibdir. Həmin subsaytlarda İctimai Şuranın bazasının bölmələr üzrə formalaşdırılması üçün imkanlar mövcuddur.
Layihə çərçivəsində, eyni zamanda, cari ilin 9 ayı ərzində 14 mərkəzi İcra Hakimiyyəti və 3 digər qurum yanında İctimai Şuraya keçirilən seçkilərlə bağlı məlumatlandırma, maarifləndirmə və monitorinq tədbirləri həyata keçirilib. İctimai Şuralara seçkilərlə bağlı saytda, sosial şəbəkələrdə məlumatlar verilib və elektron poster yayımlanıb. Monitorinq çərçivəsində müxtəlif qurumlar yanında İctimai Şuralara keçirilən seçkilərlə əlaqədar qanunvericilik məsələləri ilə bağlı irəli sürülən 13 təklif nəzərə alınıb.
Tədbirdə çıxış edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov digər dövlət qurumlarının əməkdaşları və ictimai şura sədrləri bu layihənin informasiya mübadiləsi və qarşılıqlı fəaliyyət üzrə İctimai Şuraların potensialının genişləndirilməsi, ictimaiyyətin məlumatlandırılması və seçkilər də daxil olmaqla İctimai Şuraların fəaliyyətinə nəzarətin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV