Azərbaycanda pandemiya dövründə könüllülərin informasiya mərkəzi təsis olundu – “Konulluyem.az”

Azərbaycanda pandemiya dövründə könüllülərin informasiya mərkəzi təsis olundu – “Konulluyem.az”

2020-ci ilin Azərbaycanda könüllülər ili olunmasından sonra bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası (Covid-19) beynəlxalq tədbirlərin və idman yarışlarının təxirə salınmasına səbəb oldu. Buna baxmayaraq, belə bir dövrdə könüllülər ölkədə pandemiyaya qarşı mübarizədə hökumət qurumlarına dəstək fəaliyyəti həyata keçirir, müxtəlif şəhərlərdə maarifləndirmə işlərində yaxından iştirak edirlər.

"Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım”İctimai Birliyi belə bir zamanda gənclərin mobil şəbəkəsini yaratmaq və könüllülərin pandemiya dövründəki fəaliyyətlərini daha səmərəli etmək üçün "Pandemiya dövründə könüllülərin informasiya mərkəzi”nin yaradılmasına start verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihədə informasiya mərkəzinin yeni adda saytı fəaliyyətə başlayıb. "Konulluyem.az” adlı sayt genişfunksiyaları ilə bir çox yenilikləri özündə ehtiva edir.

İnformasiya mərkəzinin rəsmi internet səhifəsində (konulluyem.az) "Haqqımızda”, "Mən necə könüllü ola bilərəm?”, "Könüllü xəbər”, "Könüllü yazır”, "Əlaqə” bölmələri fəaliyyət göstərir.

 

"Haqqımızda” bölməsində layihənin ümumi məğzi və hədəf qrupları haqqında məlumatlar əks olunub.

 

"Mən necə könüllü ola bilərəm?” bölməsi isə ümumilikdə könüllü olmaq istəyən, ancaq bu istiqamətdə heç bir məlumat əldə edə bilməyən gənclərə körpü rolunu oynayır. Könüllüyün fəlsəfəsi və onun mahiyyəti bu bölmədə geniş izah olunmaqla yanaşı, onun əhəmiyyəti də qeyd edilib.

 

"Könüllü xəbər” bölməsi isə ümumrespublika üzrə həyata keçirilən tədbirlərin və könüllülüklə bağlı layihələr haqqında xəbərlərin topluluğunu əhatə edir.

Veb-saytın ən vacib hissələrində biri olan "Könüllü yazır” bölməsi daha çox bu sahədə qələmə alınan müəllif yazılarının və könüllülük fəaliyyəti ilə məşğul olan gənclərin öz dillərindən yazdıqları məlumatları özündə ehtiva edir.

Saytımızın "Əlaqə” bölməsi isə könüllülərin əlaqələndirmə funksiyasını icra edir.

 

İnformasiya mərkəzinin rəsmi səhifəsi (konulluyem.az) eyni zamanda dövlət qurumlarındakı könüllülük fəaliyyətinin ümumiləşdirilmiş bazası rolunu da oynayır. Belə ki, konulluyem.az saytına daxil olan istənilən bir gənc rahatlıqla istədiyi dövlət qurumunun könüllülük proqramına keçid edə bilər və həmin proqramların təqdim etdiyi anketləri doldurmaqla öz missiyasını həyata keçirə bilər. Bu isə sayta daxil olan gənclərə interaktiv yardım rolunu oynayır.

GSİİYİB-nin informasiya mərkəzində seçmə gənc könüllülərdən ibarət çəkiliş qrupu da təsisedilib. Bu çəkiliş qrupu bir çox rəsmi qrumların könüllülük proqramlarında iştirak edən uğurlu gənclərdən video-müsahibələr hazırlayırlar. Bu müsahibələr layihə müddəti ərzində "konulluyem.az” portalında və sosial şəbəkələrdə geniş izləyici kütləsinə təqdim ediləcək.

 

"Sən də könüllü ol!” devizi ilə fəaliyyətə başlayan "könulluyem.az” saytı haqqında "Sayt haqqında ətraflı video” bölməsindən video-izah əldə etmək mümkündür.

 

Xəbər lenti