“Azərbaycanın müharibə etməyə haqqı var” - Ziyafət Əsgərov

“Azərbaycanın müharibə etməyə haqqı var” - Ziyafət Əsgərov
"Biz sülhsevər dövlət olaraq başqa dövlətlərin ərazisinə qəsd etmək vasitəsi kimi müharibəni rədd edirik”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında I vitse-spiker, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bəyan edib. 

"Dağlıq Qarabağ və ona bitişik ərazilərimiz Ermənistan tərəfindən işğal olunub. Ermənilər sülh yolu ilə ərazilərimizi tərk etməsələr, Azərbaycanın haqqı var ki, BMT-nin nizamnaməsinə, öz qanunvericiliyinə müvafiq olaraq müharibə yolu ilə torpaqlarını azad etsin. Bizim işimiz haqq-ədalət işidir”, - deyə Z.Əsgərov vurğulayıb.

Xəbər lenti