“Azərişıq”: İşığımız Şuşada yandı! - VİDEO

“Azərişıq”: İşığımız Şuşada yandı! - VİDEO

"Azərişıq” ASC Şuşa ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Bu barədə 7News.Az-a "Azərişıq” ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələrin işıqlandırılması təmin olunub.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildiriib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoydular. Məhz Müzəffər Ordumuzun düşməni qovması nəticəsinsə 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi.


Xəbər lenti