"Balaş Qasımov işinin peşəkarıdır" - Elşən Musayev

"Balaş Qasımov TV sahəsində özünü doğruldan insandır. Həm də çox qısa müddətdə. O, işinin peşəkarııdır, son dərəcə kreativdir və eyni zamanda Azərbaycan teleməkanına yeni nəfəs gətirməyi bacaran kadrdır. Bu səbəbdən yenidən  Baş Direktor seçilməsinə sevindim. Ona gələcək fəaliyyətində sonsuz uğurlar arzulayıram"- 7News.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Balaş Qasımovun yenidən İTV-nin Baş Direktoru seçilməsinə münasibət bildirərkən söyləyib.

"Balaş müəllimi yaxından tanıdığım üçün onun şəxsi keyfiyyətlərinə də bələdəm. Son dərəcə səmimi, sadə və maraqlı biridir. Eyni zamanda mükəmməl idarəçilik qabiliyyəti var. Hesab edirəm, onun rəhbərliyi ilə İTV daha böyük uğurlara imza atacaq"- deyə deputat fikirlərinə davam edib.

Xəbər lenti