“Bayrağımız Qarabağda, Şuşada və digər işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalanacaq”-DEPUTAT

“Bayrağımız Qarabağda, Şuşada və digər işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalanacaq”-DEPUTAT

Xəbər verdiyimiz kimi Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq "Qarabağ” şüarını səsləndiriblər.Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib. Lakin yürüş təxribatçılar tərəfindən pozulub. Onlar ayrı-ayrı şüarlar səsləndirərək yürüş itirakçılarını ixtişaşa səsləyiblər.

Bununla bağlı danışan deputat Jalə Əliyeva bildirib ki, Azərbaycan vətəndaşı dövləti, ordusu və xalqı ilə həmrəylik göstərərək meydanlara axışdı:

"İnsanlarımız müharibənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün canından, qanından keçməyə hazır olduqlarını bir daha sübut etdilər. Ordumuz və dövlətimizlə bir olduqlarını bildirdilər. Əlbəttə bütün bunlar qürurverici idi. Hər birimiz o insanları həyacan və qürurla izləyirdik. Lakin şəhidlər xiyabanına gəldikdən bir müddət sonra yürüşün sanki motivi dəyişdi. Mitinqçilərin sanki əksəriyyəti dağıldıqdan sonra müəyyən qrup ölkənin qanunvericilik orqanına yəni Mill Məclisə hücum etdilər. Əlbəttə bu hər birimiz üçün çox narahatverici məqam idi. Bu hadisələrin səbəbkarı olan işğalçı ermənilər səngərdədir, Azərbaycan parlamentində deyil. Bununla bağlı fikrimiz birmənalıdır. Bu hadisə olmamalı idi. İnanıram ki, tezliklə torpaqlarımız azad olacaq. Bayrağımız Qarabağda, Şuşada və digər işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalanacaq. Mən son 2 gündə şəhid olan hərbi quluqçularımıza eləcə də bu saatlarda dəfn edilən generlımıza Allahdan rəhmət diləyirəm. Başın sağ olsun Vətən”!

Xəbər lenti