“Bayraktar” üçün böyük sifariş növbəsi yarandı: Qarabağdan sonra
08 Yanvar 2021, 11:00
08 Yanvar
2021
11:00
971
Azərbaycan ordusunun Qarabağda zəfərlə başa çatan 44 günlük hərbi əməliyyatlarının ardınca qardaş Türkiyənin "Bayraktar TB2” zərbə pilotsuz uçan aparatını almaq üçün uzun növbə yaranıb. Virtualaz.org xəbər verir ki, bu döyüş PUA-larını almaq üçün bir-birinin ardınca keçmiş sovet respublikalarından, Şərqi Avropa və hətta Qərbi Avropadan sifarişlər daxil olur.
Cəmi 4 "ağıllı” raketlə təchiz olunan (MAM-C və MAM-L) "Bayraktar TB2” zərbə pilotsuz uçan aparatları ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun tətbiq etdiyi və zəfərin əldə olunmasında mühüm rol oynayan ən müasir silahlardan biridir. Bu döyüş vasitələri düşmənin çoxsaylı hərbi texnikasını və canlı qüvvəsini məhv etməyə, onun təchizat kanallarını sıradan çıxarmağa imkan verib.
Türkiyə KİV-ləri xəbər verilir ki, artıq Böyük Britaniya, Serbiya, Qazaxıstan və Gürcüstan "Bayraktar”lar sifariş verib. Artıq bu PUA-lara malik olan Ukrayna isə dəniz qüvvələrinin ehtiyacları üçün "Bayraktar”ların iri partiyasını almaq niyyətində olduğunu açıqlayıb.
Qarabağ müharibəsi və Azərbaycan ordusunun döyüş taktikası bir sıra aparıcı ölkələri belə silahlanma konsepsiyasına yenidən baxmağa məcbur edib. Böyük Britaniya daha əvvəl ABŞ-ın "General Atomics” şirkətindən "Protector” silahlı PUA-larını almaq niyyətində idi. Lakin Qarabağ müharibəsinin təcrübəsi bu ölkənin daha ucuz və daha effektli "Bayraktar”lar almaq planları qurmasına səbəb olub.
Habelə Bolqarıstanın da artıq "Bayraktar”lar almaq üçün danışıqlara başladığı, bu il ərzində ilk PUA-ları ala biləcəyi gözlənilir. Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa isə jurnalistlərə açıqlamasında deyib ki, 2021-ci ildə "Bayraktar” PUA-larını əldə etməyi planlaşdırırlar. Serbiya prezidenti Aleksandr Vuçiç isə Türkiyə PUA-larının "son dərəcədə mükəmməl” olduğunu bildirib və bu sistemləri ordunun silahlanmasına daxil etməyə hazırlaşdıqlarını açıqlayıb.
Digər məlumata görə Qazaxıstan Müdafiə Nazirliyi 30-40 ədəd "Bayraktar” sifariş verməyə hazırlaşır. Gürcüstan Müdafiə Nazirliyi isə bu günlərdə Türkiyədən "Bayraktar”lar almaq üçün danışıqların getdiyini açıqlamışdı.
"Nordic Monitor” nəşri qeyd edir ki, Suriya, Liviya və Qarabağda gedən hərbi əməliyyatlar müasir Türkiyə silahlarının və hərbi texnologiyalarının nümayiş etdirilməsi üçün platforma olub. Nəşr qeyd edir ki, Qarabağda Azərbaycan ordusu tərəfindən "Bayraktar”larla yanaşı TRLG-230 reaktiv yaylım atəşi sistemi də ilk dəfə döyüş şəraitində tətbiq edilib. TRLG-230 reaktiv yaylım atəşi sisteminin Qarabağda tətbiqinə dair videokadrlar bu günlərdə Türkiyə Müdafiə Nazirliyinin saytında yayılıb.
"Roketsan” şirkəti hədəfə lazerlə yönləndirilən 230 millimetrlik raketlər buraxan TRLG-230 reaktiv yaylım atəşi sisteminin "Bayraktar”larla koordinasiyalı fəaliyyətinə dair sınaqları 2020-ci ilin avqustunda, Qarabağda müharibədən az əvvəl həyata keçirmişdi. Bu sınaqlar zamanı "Bayraktar” 70 kilometr məsafədən hədəfin koordinatlarını TRLG-230 kompleksinə ötürüb, kompleks hədəfi yüksək dəqiqliklə vurub. Sınaqları prezident Rəcəb Tayyib Ərdoğan izləyib. TRLG-230 Türkiyə ordusunun silahlanmasında daha əvvəldən var idi, lakin indi "Roketsan” həmin sistemləri hədəfə lazerlə yönləndirilən raketlərlə təchiz edir və məhz həmin raketlər Qarabağda ilk dəfə real döyüş şəraitində sınaqdan keçirilib.
"Roketsan” dünyanın 100 ən iri hərbi sənaye şirkətindən biridir. Şirkət müxtəlif tipli raketlər, tuşlama sistemləri, buraxılış və mühərrik sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritmlər və proqram təminatı istehsal edir və işləyib hazırlayır.
Qeyd edək ki, Türkiyənin "Baykar” və TAİ şirkətləri bu il "Bayraktar”lardan daha üstün göstəricilərə və döyüş imkanlarına malik olan "Akıncı” və "Aksungur” döyüş pilotsuz təyyarələrinin də seriya istehsalına başlayır. Azərbaycan Qarabağ müharibəsinin təcrübəsini də nəzərə alaraq öz ordusunu bundan sonra da ən müasir silahlarla təchiz etməkdə davam edəcək və artıq bəllidir ki, bu məsələdə əsas tərəfdaş ölkə məhz Türkiyə olacaq.
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR