Bayraq mənliyimdir, kimliyimdir, qədim soyumdur - Orxan ƏLİXANLI YAZIR
09 Noyabr 2019, 16:30
09 Noyabr
2019
16:30
2091
Dövlətlər qurub, dövlətlər yıxan, hədəfi qızıl alma olan tarixi ulu türk dövlətlərinə salam olsun...
Bir xalqın bayrağı onun qədim tarixini, etimalogiyasını, mədəniyyətini, həyat tərzini spesifik formada əks etdirir. Dünya xalqlarının bayraqlarının üzərindəki rəsmlərə diqqət yetirsək hər hansı bitki, heyvan, astronomik subyektləri və s totemləri görə bilərik. Bəs bu bənzətmələr və istinadlar nəyi əks etdirir?
Qədim dövrlərdə, çox tanrıçılıqdan bu günə kimi istər təbiət hadisələri qarşısında olan acizlik, istərsə də insanlıq yaranandan bəri özünü nəyəsə bənzədib, istinad etmək kimi pisxoloji addımların nəticəsidir ki, müəyyən simvollar bayraqlarda əks olunur. Xalqın etnopsixologiyasını bilməkdə ilk növbədə bayraq, gerb və s. atributlar böyük önəm daşıyır. Bu gün tarixi üç rəngli bayrağımız üzərində olan aypara və səkkiz guşəli ulduz, nəyin simgəsidir? Ümumillikdə tarixə fikir versək türk dövlətlərinin bayraqlarında hər zaman qurd, şir, qartal, günəş, ox, aypara, ulduz və s. kimi simgələrə rast gəlinib. Bu simvollar türklərin həyat tərzini, inanclarını aydın şəkildə əks etdirir.Bayrağımızda olan aypara "Qızıl orda”, "Qəznəvilər”, "Osmanlı” kimi qədim türk dövlət və imperiyalarının bayraqlarında da rast gəlmək mümkündür.
(Qəznəvilər dövlətinin bayrağı:963-1186)
(Qızıl Orda dövlətinin bayrağı:1240-1502)
(Osmanlı dövlətinin bayrağı:1299-1923)
Bəzi mənblərə görə "Aypara” günəşin qarşısını tutan bir simvoldu ki, özlərini günəşə bənzədənlərin qarşısında dünya mövcud olandan taki sona kimi bu xalq hər zaman mübarizə dolu həyata yaşayıb, yaşayacaqdır mənasını əks etdirir. Bəzi mənbələrə görə "Aypara” qədim Şumerlərdən gələn nişanədir ki, ay tanrısını təsvir edir. Hətta Bizans imperiyasının paytaxtı Konstantinopol-un (İstanbul) simvolu da Aypara olmuşdur. Amma zaman zaman islamiyyət simvoluna çevrilən ayparanı bu gün bir çox islam ölkələrinin bayraqlarında görə bilərik. Məhz orta əsrlərdə islam dövlətlərinin özlərinə seçdiyi aypara simvolu səlibçilərin qarşısında bir dirəniş, mübarizə hətta qələbə rəmzi kimi formalaşmışdı.
(Konstantinopolun bayrağı)
Səkkiz guşəli ulduz forması 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cumhuriyyətinin 8 prinsipi (türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir) əks etdirir. Mifik olaraq onu demək olar ki, türk hökmdarı Oğuz xaqanın möhüründə səkkiz guşəyə rast gəlinir. Həmçinin "cənnətin səkkiz qapısı”, "səkkiz etnik soy” mənasını bildirir.
Niyə məhz üç rəngli bayraq? Niyə məhz bu üç rəng? və Niyə XX əsrin əvvəli ?
XX əsrin əvvəli artıq Çar höküməti zəifləmişdi. Əsarətdə olan xalqlarda milli oyanış hərakatlarının qığılcımları yaranmışdı ki, həmin dövrdə Azərbaycan cəmiyyətində, mədəniyyətində, mətbuatında, ictimai-siyasi həyatında oyanışları artıq görmək mümkündür. Bu da təsadüfü hal deyildi ki, qonşu böyük Osmanlı imperiyasında da müasirləşmək adlı bir çox hərəkatlar yaranmışdı ki, belə bir hal öz növbəsində Azərbaycan ərazisinə təsirsiz ötüşməmişdir. Bir çox qəzetlər mətbu orqanlar yaradılmışdır ki, ö dövrün böyük mütəffəkkirləri istər məqalələr ilə istərsə də yeni ideoloji, idarəetmə modeli əsasında oyanış hərəkatı başlatmışdılar. Üç rəngli bayrağın əsası da məhz bu dövrə təsadüf edir. İnkişaf, oyanış modeli üç böyük ünsürdən ibarətdir ki, bunlara 1) Türkçülüyə bağlılıq 2) İslami dəyərlərə bağlılıq 3) Həmçinin əsasda ilk iki ünsürlə birgə müasirləşmə, demokratikləşmə modelidir ki, bu model həmin dövrdə heç bir müsəlman və türk geosiyasi mühitində olmamışdır. Belə bir model əsasında 28 may 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cumhuriyyəti, onun idaretməsi və həmin o üç rəngli bayraq formalaşdı. 1915-ci il "Açıq söz” qəzetinin ilk sayında M.Ə.Rəsulzadənin "Tutacağımız yol” adlı məqaləsində bu model haqda geniş yer verilmişdir. Lakin 1920-c il 28 aprel tarixində bolşevik qüvvələrinin Bakını işğal etməsindən sonra bayraq dəyişilsə də, Ümumilli lider Heydər Əliyevin rəhbərliyi il 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilməklə yenidən ilk hüquqi status verilmiş oldu. Bundan sonra Azərbaycan Respublikası Ali Soveti, Naxçıvan Ali məclisinin vəsadəti əsasında 1991-ci 5 fevral tarixində Respublikanın bayrağını dəyişdirdi.
Azərbaycan ərazisində yaranmış türk dövlətlərinin hər birinin özünə məxsus bayraqları olub sadəcə bu günki üç rəngli bayrağımız kimi mənaları dərin, tariximizi və Azərbaycançılıq ideologiyasını özündə əks etdirən bir bayraq olmamışdır. Himnimizin sözlərində deyildiyi kimi "hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu.” Bəli bir insanın ən birinci və vacib hüququ yaşamaq hüququdursa üç rəngli bayrağımızın daim dalğalanması üçün yaşamaq hüququndan keçənlərin, hər zaman dövləti və milli maraqları öz maraqlarında artıq tutanların, Azərbaycan həqiqətlərini dünyaya yayan qəhrəmanların sayəsində bu gün də üç rəngli bayrağımız beynəlxalq qurumlarda,ən nüfuzlu təşkilatlarda dalğalanır.Ən mötəbər idman yarışlarında idmançılarımızın şərəfinə qaldırılır.Ən nəhayət bu gün mənim bayrağım vətən şəhidlərinə bükülüb son mənzilə yola salınır.Bir-biri ilə uzlaşmayan bu üç anın hər biri ilə mən fəxr edirəm. Şəhidlərimizin narahat ruhu bu gün vətən göylərində sərgərdan dolaşır.İnanıram ki,dövlətimizin gücü, xalqımızın birliyi ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi sayəsində bizim üçrəngli bayrağımız tezliklə işğal olunmuş ərazilərimizdə ucalacaqdır. Məhz o zaman şəhidlərimizin narahat ruhu əbədi rahatlıq tapacaqdır. Çünki tarixin bütün dövrlərində qəhrəmanlıq salnaməsi yazan xalqımız bu ədalətsizliyə öz gücü ilə son qoyacaqdır. Gəlin dövlətçiliyimizi möhkəmləndirmək, torpaqlarımızın bütövlüyü naminə əsl vətəndaş həmrəyliyi nümayiş etdirib qürurla söyləyək.
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!!
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz