Bəhruz Həsənov: “Təkcə Xocalıda deyil, Azərbaycanın digər bölgələrində də ermənilər tərəfindən qanlı hadisələr törədilib”
İstanbulun Bahçeşehir Universitetində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnlərisəsləndirilib, faciə qurbanlarının xatirəsi yad edilib.
Çıxış edən Bahçeşehir Universiteti rektorunun müavini, professor Tunc Bozbura türklərin əsrlər boyu bir çox qətliamlara məruz qaldıqlarını bildirib. Qeyd edib ki, bütün olanlara baxmayaraq, türk milləti olaraq hər zaman gələcəyə ümid bəsləmişik. Lakin tarixdə baş verən qanlı hadisələri heç bir zaman unutmayacağıq və bunu gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
T.Bozbura gələcəkdə daha yaxşı izlər qoymaq uğrunda mübarizə aparmağın vacibliyini vurğulayıb. Xocalı qətliamını insanlıq tarixində görülmüş ən böyük vəhşiliklərdən biri adlandıran professor, qardaş ölkə Türkiyənin bu qanlı hadisənin səbəbkarlarının cəzalandırılmasını tələb etdiyini bildirib.
Tədbirdə çıxış edən universitetin dosenti Mehmet Çelik Azərbaycanın yalnız azərbaycanlıların deyil, bütün türk dünyasının Vətəni olduğunu bildirib. Qeyd edib ki, bu səbəbdən Azərbaycanın kədəri bütün türk dünyasının kədəridir. "Biz bu gün burada 27 il öncə vəhşicəsinə qətlə yetirilmiş doğmalarımızı yad edirik”, - deyən M.Çelik Xocalıda öldürülənlər arasında dinc sakinlərin - uşaqların, qadınların və qocaların çoxluq təşkil etdiyini, bu səbəbdən Xocalıda baş verənlərin məhz soyqırımı, qətliam olduğunu vurğulayıb. Bildirib ki, bu qətliam ermənilərin işğalçı siyasətinin bir hissəsidir və Xocalıda cəsədlərin üzərində törədilmiş vəhşiliklər insanlıqdan kənar davranışdır.
M.Çelik bu tarixin təkrarlanmaması və ədalətin bərqərar olması uğrunda mübarizə aparmağın vacibliyini qeyd edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, 27 il keçməsinə baxmayaraq, Xocalı soyqırımı beynəlxalq platformada hələ də yetərincə tanınmayıb. Qeyd edilib ki, illər boyu təkcə Xocalıda deyil, Azərbaycanın digər bölgələrində də ermənilər tərəfindən müxtəlif qanlı hadisələr törədilib. O zaman müstəqilliyini yeni qazanmış Azərbaycanın bu hadisələrin qarşısını almağa gücü yetmədi. Belə ki, o zamanlar Azərbaycan Ordusu formalaşmamışdı və könüllülərdən ibarət dəstələr ermənilərə qarşı öz gücləri hesabına mübarizə aparmağa çalışırdı. Bunun nəticəsidir ki, biz bu gün Azərbaycan xalqına qarşı törədilmiş növbəti qanlı hadisənin ildönümünü qeyd edirik. Hazırda Azərbaycan dünyanın ən inkişaf etmiş və güclü orduya sahib dövlətlərindən biridir. Lakin buna baxmayaraq, ərazi bütövlüyümüzün bərpasını istəyirik, eyni zamanda, sülhün, əmin-amanlığın tərəfindəyik.
"Xocalı həqiqətlərini və ermənilər tərəfindən törədilmiş bu kimi digər qanlı hadisələri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur”, - deyən B.Həsənov bu məsələdə sosial mediadan istifadənin vacibliyini vurğulayıb. Qeyd edib ki, artıq dünyada sosial media klassik medianı üstələyir. Öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün xüsusən gənclər sosial medianın gücündən geniş istifadə etməlidir. Hazırda dünyada informasiya müharibəsi məhz sosial media üzərindən aparılır və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq bizim əlimizdədir.
B.Həsənov Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalı altında olmasına, bir milyondan çox insanın öz vətənində məcburi köçkün vəziyyətində yaşamasına və Xocalı kimi qətliamların törədilməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin bu hadisələrə səssiz qaldığını, ermənilərin hələ də cəzalandırılmadığını vurğulayıb. Bildirilib ki, bu hal dünya ölkələri üçün sülhün təhdid edilməsi deməkdir. Bildirilib ki, Xocalı soyqırımını yalnız anım günlərində deyil, hər bir beynəlxalq platformada xatırlamaq bizim üçün vacibdir. Biz həqiqətləri dünyaya tanıtmalı və geniş təbliği ilə məşğul olmalıyıq. Xocalı soyqırımı haqqında bütün həqiqətləri dünyaya çatdırmaq hər birimizin borcudur.
Tədbirdə çıxış edən Xocalı faciəsinin canlı şahidi, Milli Məclisin deputatı Elman Məmmədov o qanlı gecə haqqında iştirakçılara ətraflı məlumat verib.
Sonda azərbaycanlı tələbələrlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
Digər xəbərlər
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü