Beyləqanda keçirilən tarla seminarında pambıqçılığın inkişafı müzakirə olunub
08 Avqust 2022, 15:27
08 Avqust
2022
15:27
445
Beyləqan rayonu Mil Təcrübə Stansiyasında Kənd Təsərrüfatı Nazirliyi və Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) birgə təşkilatçılığı ilə "Azərbaycanda pambıq istehsalatı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin gücləndirilməsi” mövzusunda tarla seminarı keçirilib.
Tarla seminarında Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin direktoru İmran Cümşüdov, Layihə koordinatoru Nəzakət İsmayılzadə, BMTBETİ-nin direktoru Elçin Xəlilov, Beyləqan Regional Aqrar Təlim Mərkəzinin direktoru Qurban İmranov, Mil Təcrübə Stansiyasının direktoru Ramiz Şükürov, aqrar şirkətlərin nümayəndələri, alimlər və fermerlər iştirak ediblər.
Bildirilib ki, 2022-2025-ci illəri əhatə edəcək "Pambıq istehsalında torpaq, qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi (GAP)” layihəsinə start verilib. Layihəyə çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ekspertlərinin təklif etdiyi metodlarla Azərbaycanın müxtəlif torpaq iqlim şəraitində Pakistandan gətirilən yeddi növ pambıq toxumlarının səpini aparılıb. Xarici sort toxumlar həm də yerli toxumlarla müqayisəli şəkildə əkilib. Sınaq BMTBETİ-nin Beyləqan rayonu Mil Təcrübə Stansiyasının və pambıqçılıq sahəsində fəaliyyət göstərən "P-Aqro” MMC şirkətinin İmişli, Saatlı, Sabirabad rayonlarında yerləşən filiallarının əkin sahələrində aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev çıxış edərək Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti, kənd təsərrüfatında prioritet sahələrdən biri olması və strateji əhəmiyyətinin qorunub saxlanılması haqqında danışıb. O, tarla seminarında sortların nümayişinin aparıldığını və gələcəkdə əkin sahələrində, həmçinin toxumçuluq şirkətləri tərəfindən bu sortlardan istifadənin daha məqsədəuyğun hesab olunduğunu bildirib.
Pambıq istehsalının artırılmasında aqrar elmin rolunu qeyd edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin direktoru İmran Cümşüdov ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi məqsədilə bu sahədə dünyanın ən qabaqcıl təcrübəsinin tətbiqi istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini bildirib.
İndiyədək əldə olunan nəticələrdən danışan layihə koordinatoru Nəzakət İsmayılzadə qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında bağlanan müqavilə əsasında əkilən, Pakistandan gətirilən 7 sort arasından məhsuldarlığı ilə seçilən "Cotton Super” sortu regiona daha yaxşı uyğunlaşıb. Belə ki, həmin pambığın kolunda minimum 60 qoza müşahidə olunur, hətta 120-ə qədər qoza da qeydə alınıb. Hazırda Mil Təcrübə Stansiyasında 72 sort sınaqdan keçirilir ki, bunlardan 7-si Pakistan, 1-i Türkiyə, digərləri isə əsasən yerli sortlardır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov bildirib ki, institut tərəfindən həyata keçirilən layihələr və alimlərin apardığı elmi tədqiqatlar əsasında uğurlu nəticələr əldə olunub. Pakistan sortları yüksək məhsuldarlığı, xəstəliklərə dözümlü olması ilə bərabər, həm də dünya toxuculuq sənayesinin tələbələrinə uyğun lif çıxımı ilə seçilir. Həmin sortlarda yüksək lif çıxımı tanınmış dünya alimləri, o cümlədən Yunanıstan və Pakistan alimləri tərəfindən də öz təsdiqini tapıb. Yerli və xarici sortların Mil Təcrübə Stansiyasında sınaqdan keçirilməsindən danışan stansiya direktoru Ramiz Şükürov da pambıqçılığın inkişafında yüksək nailiyyətlər olduğunu söyləyib. Cari ildə 28 sortda müqayisəli sort sınağı, 20 sortda ilkin sort sınağı aparılıb. Eləcə də Pakistandan gətirilmiş sortlar da sınaq üçün əkilib. "Cotton Super” sortunda isə daha yüksək nəticə olunub və məhsuldarlıq göstəricisi 82 sentnerə çatıb. Bundan başqa, təcrübə stansiyasında 3 sortun aqrotexnologiyası öyrənilir. 12 sortun nümayiş əkini həyata keçirilib.
Layihənin məqsədi qlobal istiləşmə şəraitində Azərbaycanda pambıq istehsalının genişləndirilməsi istiqamətində iqlimə uyğun kənd təsərrüfatı təcrübələrinin inkişaf etdirilməsi və yayılmasıdır. Layihədə Pakistanın 7, Türkiyənin 1 və Azərbaycanın 1 rayonlaşmış sortları sınaqdan keçirilir. Məqsəd nümayişedici sınaqlar keçirməklə AEBA-nın ekspertinin təklif etdiyi və hazırda Azərbaycanda tətbiq olunan ənənəvi metodlarla əkilən pambıq sortlarının müqayisə edilməsidir. Bir hektar sahədə paralel olaraq iki üsulla pambıq toxumları əkiləcək, nəticələr müqayisə ediləcək. Layihədən əsas gözlənti Pakistandan gətirilmiş toxumların yerli iqlim şəraitinə uyğunlaşdırılması və məhsuldarlığı artırmaqdır. Bu toxumlar hesabına Pakistanda 55-60 sentner məhsuldarlıq olub ki, bu hədəf Azərbaycan üçün də uyğun sayılır. Sınaqdan çıxarılan sortların üzərində aparılan fenoloji müşahidələrdən aydın olub ki, "Cotton Super” sortunda və "BS 18” sortunda məhsuldarlıq kifayət qədər yüksəkdir. Bu sortların becərildiyi sahələrdəki kollarda qönçələnmə və qoza vermə faizi daha yüksəkdir. Məhsul yığımı zamanı bu göstəricilər özünü doğruldarsa, daha geniş sahələrdə mutant toxumlardan istifadə edilməsi nəzərdə tutulub.
Layihənin həyata keçirilməsində digər məqsəd xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılmasıdır. Layihənin daha səmərəli həyata keçirilməsi üçün Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna yeni avadanlıqlar da gətirilib. Həmin avadanlıqlar institutun Biotexnologiya şöbəsində yerləşdirilib. "P-Aqro” MMC-nin direktor müavini İlham Səfərov çıxışında bildirib ki, həyata keçirilən bu layihələr pambıqçılıqda uğurlu bir hadisə sayılır. Pambıqçılıq şirkətləri də əsasən məhsuldar, lif çıxımı daha yüksək olan, həmçinin zərərvericilərə və quraqlığa dözümlü toxumlara müraciət edir. Bu layihə əsasında həm xarici, həm də yerli sortlar yetişdirilir ki, bu da gələcəkdə həmin sortlardan geniş istifadə olunmasına zəmin yarada bilər. Eyni zamanda, artıq MMC ilə bağlanmış müqavilə əsasında müxtəlif sortlar əkilib və ilkin mərhələdə sahələrdə yüksək məhsuldarlığın göstəricisi olan çıxış alınıb.
Tədbirin sonunda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, şirkət nümayəndələri və fermerlər Beyləqan rayonu Təzəkənd kəndində yerləşən, fermer Səxavət Məmmədovun icra olunan layihə çərçivəsində Pakistan pambıq toxumlarının səpildiyi sahəsinə baxış keçirib, pambıq kollarında yüksək nəticə müşahidə edilib və sahə mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir