Brejnev özünü “Qələbə” ordeni ilə necə təltif edib?
26 May 2019, 12:35
26 May
2019
12:35
2751
SSRİ-nin sıravi vətəndaşlarından tutmuş dövlət məmurlarına qədər hamı Leonid İliç Brejnevin dövlət təltifləri, mükafat və hədiyyələrə nə qədər həris olduğunu yaxşı biliblər. Hətta bununla bağlı lətifələr də yaranıb, baş katib orden və medallarını taxanda, bu təltifləri "Lyonkanın oyuncaqları”, "qoca sərsəmin dəmirləri” də adlandırıblar...
Amma baş katib növbəti dövlət təltifini, "Qələbə” ordenini alanda bu mükafat lətifə ilə deyil, qıcıqla qarşılanıb, ali rütbəli hərbçilərin isə qəzəbinə səbəb olub.
Hələ 1977-ci ildə, 9 may Qələbə günü ilə bağlı keçirilən ziyafətdə Brejnev müharibə qəhrəmanlarının şərəfinə qədəh qaldırıb tost deyərkən, kiçik bir narazılığını da bildirib: "Biz qələbə üçün ağır yollardan keçdik, qanlı cəbhələr gördük, sona qədər döyüşdük. Amma təəssüflər olsun ki, bəzilərimizi lazım olan mükafatlara layiq bilmədilər...”
Bu "inciklik” Siyasi Büro üzvləri üçün bir işarə olub. Onlar ziyafətdən sonra Brejnevin nə istədiyinin müəyyənləşdirmək üçün xeyli baş sındırmalı olublar. Nəhayət, uzun-uzadı müzakirələrdən, baş katibin təltif olunduğu mükafatları nəzərdən keçirdikdən sonra məlum olub ki, Brejnevin "orden arsenalı”nda yalnız "Qələbə” ordeni yoxdur.
Beləliklə, növbəti il, 20 fevral 1978-ci ildə Brejnev "Qələbə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, "Qələbə” ordeni 8 noyabr 1943-cü ildə təsis olunub və ən yüksək ali hərbi mükafat sayılıb. Brejnevə qədər bu ordenlə cəmisi 16 nəfər təltif olunub. Orden 2-ci dünya müharibəsinin gedişini dəyişən, böyük hərbi uğurlar qazanaraq qələbənin təmin olunmasında müstəsna xidmətlər göstərən şəxslərə verilib. İlk dəfə bu ordenlə marşal Georgi Jukov təltif olunub. Jukov, marşal Vasilevski və Stalin "Qələbə” ordeninə iki dəfə layiq görülüblər.
Sözsüz ki, müharibədən 30 ildən artıq bir dövr keçdikdən sonra Brejnevin "Qələbə” ordeni ilə təltifini əsaslandırmaq da Siyasi Büro üzvləri üçün əməlli-başlı problemə çevrilib.
Əvvəlkilər bu ordenlə təltif olunanda konkret bir əsas göstərilib. Məsələn, marşal Georgi Jukov "Ukraynanın sağ sahillərinin azadlığına görə”, marşal Aleksandr Vasilevski "Hərbi əməliyyatların uğurla planlaşdırılması və cəbhələr arasında koordinasiyanın yaradılmasındakı xidmətlərinə görə”, marşal Konstantin Rokossovski "Polşanın azadlığına görə” və s.
Belə bir sual ortaya çıxıb: bəs Leonid İliç Brejnev nəyə görə "Qələbə” ordeninə layiq görülməlidir?
"Yazı-pozu” məsələlərində həmkarlarından daha səriştəli olan, Mərkəzi Komitənin ideologiya məsələləri üzrə katibi Mixail Suslov bu dəfə də Siayasi Büro üzvlərini bu problemdən qurtarıb. Suslov Brejnevin "Qələbə” ordeni ilə təltif edilməsini elə "əsaslandırıb” ki, hətta Brejnevin özü də təəccüblənib.
Məsələ nə qədər ciddi olsa da, yenə də lətifələrə yol açıb: "Müharibənin ağır günlərində Stalin əməliyyat müşavirəsi keçirir, fikir mübadiləsi aparılır. Əməliyyat şəraiti haqqında marşal Jukov fikirlərini bildirir, sonra marşal Vasilevski çıxış edir, daha sonra söz marşal Konevə verilir, həmçinin marşal Rokossovski də öz təkliflərini verir. Marşalların fikirlərindən çox da razı qalmayan Stalin deyir:
- Gəlin indi də polkovnik Brejnevin fikirlərii öyrənək...”
Gülüş doğuran lətifə olsa da, real həqiqət çox acı və ədalətsizdir. Müharibə müstəvisində Brejnevin adının Jukovla, Rokossovski, Vasilevski və müharibədə müstəsna, həlledici xidmətləri olan digər marşallala birgə çəkilməsi tarixi təkzib etmək deməkdir.
Brejnev sağlığında "Qələbə” ordenini özünə halal saysa da, ölümündən sonra onun halalığını verməyiblər.
21 sentyabr 1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Qorbaçovun imzaladığı fərmanla Leonid İliç Brejnevdən "Qələbə” ordeni geri alınıb. Amma bu dəfə bu fərmanı əsaslandırmaq üçün heç kim baş sındırmalı olmayıb. İmzalanan fərman dörd sözlə əsaslandırılıb: Statusuna uyğun olmadığına görə...
Bəlkə də bu fərman Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi dövrdə imzaladığı ən ədalətli fərman olub.
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
TƏHLİL, SOSİAL
İslahatlar davam edəcək
-
GÜNDƏM, TƏHLİL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, TƏHLİL
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi” - QURTULUŞ GÜNÜ
-
TƏHLİL, SOSİAL
“Heydər Əliyev Azərbaycanın qurtuluşuna imza atan böyük şəxsiyyətdir” - DEPUTAT
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
-
GÜNDƏM, TƏHLİL
“Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda, iqtisadi əhəmiyyətə malikdir” - TƏHLİL
-
TƏHLİL, SİYASƏT
Azərbaycanla Gürcüstanın müttəfiqlik səviyyəsinə yüksələn strateji tərəfdaşlıq əlaqələri
-
MANŞET, TƏHLİL
Azərbaycan-Tacikistan əlaqələri ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində önəmli yer tutur