Cənubi Qafqazda sülhyaratma təşəbbüsləri alqışa layiqdir
26 May 2022, 10:38
26 May
2022
10:38
645
Məlum olduğu kimi, son vaxtlar Avropa İttifaqının rəhbərliyi Cənubi Qafqazda Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunması üçün ardıcıl cəhdlər edir. Bugünlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşüblər. Cənab Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.
Açıqlamada deyilir: "Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə bir daha evsahibliyi etdim. Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik. Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq”.
Göründüyü kimi, Brüsseldə aparılan üçtərəfli danışıqlar kifayət qədər məhsuldar olub. Belə ki, tərəflər yuxarıda qeyd olunan məsələlərlə yanaşı, regionda kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər, təhlükəsizlik, eləcə də gömrük rüsumları və s. barədə razılığa gəliblər. Bütün bunlar danışıqlarda nəzərəçarpan irəliləyişin olduğuna dəlalət edir.
Avropa İttifaqı Şurası Prezidentinin mətbuat üçün açqılaması təkcə region ölkələri üçün deyil, bütövlükdə qitənin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyindən qlobal mediada geniş işıqlandırılır. Avropa və dünya KİV-i Azərbaycan dövlətinin liderinin müzakirələrdə konstruktiv və prinsipial mövqe nümayiş etdirməsini xüsusi vurğulayırlar.
Görünən budur ki. Avropa İttifaqı hər iki ölkənin və onların xalqlarının təhlükəsizliyi və rifahı naminə çalışır. Regionun aparıcı dövləti olan Azərbaycan dövləti bunu yüksək dəyərləndirir. Regionda davamlı sülhün əldə olunması Avropa ölkələrinin milli maraqlarına cavab verir.
Cənab Şarl Mişel deyib ki, regionda iqtisadi inkişafı təşviq etmək məqsədlə yaradılan İqtisadi Məşvərət Qrupunun fəaliyyəti daha da gücləndiriləcək. Avropa İttifaqı Şurasının Prezidenti həmçinin hesab edir ki, hazırkı mərhələdə əhalinin uzunmüddətli davamlı sülhə hazırlanması vacibdir və bu istiqamətdə Avropa İttifaqı öz dəstəyini artırmağa hazırdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə ölkəmizin Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Rəsmi Bakı hesab edir ki, Qarabağda davamlı sülhün əldə olunması son dərəcə vacibdir. Bu, həm Azərbaycan, həm də Ermənistanın əhalisinin xeyrinədir. Çox istərdik ki, Ermənistan rəhbərliyi və ictimaiyyəti yaranmış reallığı düzgün dəyərləndirsin.
Azər VERDİYEV,
politoloq, İkinci Qarabağ müharibəsi qazisi
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...