Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
22 İyun 2022, 10:20
22 İyun
2022
10:20
557
Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yüksək xətlə inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib. S.Umurzakov qeyd edib ki, Azərbaycan və Özbəkistan əməkdaşlığı genişləndirə, birgə emal müəssisələri yaratmaqla məhsullarını üçüncü ölkələrə tədarük edə bilər. Biznes forumun əhəmiyyətindən danışan nazir tədbirin yeni təşəbbüslərin və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu diqqətə çatdırıb, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İqtisadiyyat naziri sənaye, kənd təsərrüfatı, ticarət, investisiya və sair sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, birgə layihələrin icrasına dəvət edib.
Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, "Uzkimyosanoat” ASC-nin İdarə Heyətinin sədri Jurabek Mirzamaxmudov, "Uzeltexsanoat” Assosiasiyasının sədri Mirziyod Yunusov, "Uztekstilprom” Assosiasiyasının sədri İlxom Haydarov və Azərbaycan Zərgərlik Assosiasiyasının sədri Toğrul Abbasquliyev iqtisadiyyatın aidiyyəti sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər.
Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.
"Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində Memorandum”u agentliyin İdarə Heyətinin sədri Kamran İmanov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında 2022-ci il üçün turizm sahəsi üzrə əməkdaşlıq Proqramı”nı Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistanın turizm və mədəni irs nazirinin müavini Baxtiyor İbrahimov, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu”nu ölkəmizin energetika naziri Pərviz Şahbazov və Özbəkistanın energetika nazirinin birinci müavini Azim Ahmedxacayev imzalayıblar.
Həmçinin "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının "Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”i Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Özbəkistanın "Özarxiv” Agentliyinin sədri Uluqbek Yusubov, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nu Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO” ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Özbəkistanın İxracın Təşviqi Agentliyinin direktoru Uluqbek Muradov, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu agentliyin rəhbəri Yusif Abdullayev və Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Agentliyin direktoru Uluqbek Kasimxocayev imzalayıblar.
Bundan əlavə imzalanan sənədlər arasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov tərəfindən imzalanan "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, "Azərmaş”ın İdarə Heyətinin sədri Emin Axundov və "Uzavtosanoat”ın sədrinin müavini Sardor Taciyev tərəfindən imzalanan "Azərmaş” ASC ilə "Uzavtosanoat” SC arasında Azərbaycanda avtomobil istehsalının lokallaşdırılmasına dair Memorandum”, "NərgizMED”in direktoru Məlahət Şahramanova və "Meri Naturel”in direktoru Miravzal Mirsadikov tərəfindən imzalanan "Azərbaycanın "NərgizMED” şirkəti ilə Özbəkistanın "Meri Naturel” şirkəti arasında məhsulların Özbəkistana ixracına dair Memorandum” da var.
"Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə "Uztekstilprom” Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədrinin müavini Səkinə Babayeva və "Uztekstilprom” Assosiasiyasının sədrinin müavini Mirmuxsin Sultanov, "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ilə "Uzpromstroymaterialı” Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Tikintin Materialları İstehsalçıları Assosiasiyasının sədrinin müavini Mayis Qasımov və "Uzpromstroymaterialı” Assosiasiyasının sədrinin birinci müavini Azizbek Baxodırov imzalayıblar.
Həmçinin Forum çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzalayıblar.
Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Özbəkistan Milli Elmlər Akademiyası adından akademik Yuldaşev Bexzod imzalayıb.
Tədbir hər iki ölkənin biznes nümayəndələri arasında ikitərəfli görüşlərlə davam edib.
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz