Dədə Şəmşirin nəvəsi Nahid Şəmşir: “Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı qələbə, xalqımızın milli qürurunu bərpa etdi”

Dədə Şəmşirin nəvəsi Nahid Şəmşir: “Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı qələbə, xalqımızın milli qürurunu bərpa etdi”

44 günlük Vətən müharibəsində ordumuzun şanlı qələbəsi xalqımızın milli qürurunu bərpa etdi. 7NEWS.az xəbər verir ki, bu barədə Dədə Şəmşirin nəvəsi Nahid Şəmşir Kəlbəcərin işğaldan azad olunmasına münasibət bildirərkən deyib: "Kəlbəcərin işğaldan azad olunmasını göz yaşı ilə qarşıladıq. Babamın ruhu şad oldu. Bütün kəlbəcərlilərin ürəyi Qarabağla döyünürdü. Biz bilirdik ki, gec-tez torpaqlarımız işğaldan azad ediləcəkdir. Uzun illərdir Cənab Prezident, Ali Baş Komandan bu istiqamətdə irimiqyaslı işlər aparırdı. Məhz uğurlu daxili və xarici siyasətin nəticəsində, eyni zamanda, şanlı ordumuzun rəşadəti ilə biz işğalda olan torpaqlarımızı azad etdik, erməni dığalarına tarixi dərs verdik. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin qələbəmizdə xüsusi rolu vardır. İllərdir Avropa ölkələrində aparılan işlər, birgə layihələr, həm də, haqq davamızı, Qarabağımızı dünyaya tanıtmışdı. Bütün bunlar kompleks işlərin nəticəsi idi. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə tezliklə şəfa versin. Bu qələbə bütün dünya azərbaycnlıları bir araya gətirmiş oldu. Yaşasın Azərəbaycan ordusu, yaşasın Ali Baş Komandan, Qarabağ Azərbaycandır!”

 

Xəbər lenti