Deputat: Dövlət başçısı öz siyasətində daim humanizm prinsipini rəhbər tutur

Məlum olduğu kimi, Prezidenti İlham Əliyev martın 18-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Prezident İlham Əliyevə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.
Milli Məclisin deputatı Ramil Həsən məsələ ilə bağlı 7NEWS.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindəki Qələbəmiz Prezident İlham Əliyevin siyasi iradəsi və unikallığı ilə necə tarixə düşdüsə, Novruz bayramı ərəfəsində məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi də ölkə başçısının bir daha humanist siyasət həyata keçirdiyini göstərdi: "Ötən müddət ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Bu, dövlət başçısının öz siyasətində daim humanizm prinsipini rəhbər tutduğunu göstərən mühüm faktlardandır”.
Deputat onu da qeyd edib ki, Sərancam bir sıra ailələrin sevincinə səbəb oldu: "Belə ki, martın 17-də, yəni, Azərbaycan xalqının tarixi bayramı olan Novruz bayramı ərəfəsində Prezidentin imzaladığı Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 90-dan çox vətəndaşın cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər. Beləliklə, bütün bunlar əfv Sərəncamının müxtəlif kateqoriyadan olan məhkumların dövlətin humanist münasibəti ilə əhatə olunduğunu göstərir. Əlbəttə ki, əfv etmək, bağışlamaq Allaha məxsusdur. Prezident İlham Əliyev bu siyasətə uyğun olaraq, xoşməramlı missiyanı həyata keçirməklə xeyli sayda ailənin sevincinə səbəb oldu, bununla da onların bayram sevinci ikiqat, üçqat artdı.”.
R. Həsən onu da vurğulayıb ki, Sərəncamdan sonra hər bir şəxs bu humanist addımdan ibrət dərsi götürməlidir: "Belə ki, Prezident İlham Əliyev humanist siyasətini həyata keçirərək vətəndaşların bu istiqamətdə etmiş olduqları cəzalarının çəkilməmiş hissəsindən azad edirsə o zaman vətəndaşlar da bunu dərk etməli bir daha bu istiqamətdə səhflərə yol verməməlidir. Bununla da Azərbaycan hökumətinin hər zaman öz vətəndaşının yanında olduğunun, insan amilini prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığının şahidi oluruq. Mən də Prezident İlham Əliyevin böyük humanistlik göstərərək irəli sürdüyü addım nəticəsində artıq ailələrinə qovuşanların hamısını təbrik edir, bundan sonra dövlətçiliyimizin inkişafına bir vətəndaş kimi özlərinin layiqli töhfələrini verməlidirlər”.
Xəbər lenti
-
18:06Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib - FOTO/VİDEO
-
14:11İlham Əliyevdən Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı SƏRƏNCAM
-
14:03Ramazan Ayında “NEPTUN”dan müjdə: KLASSİK BONUS KART, XÜSUSİ KAMPANİYALAR
-
10:47Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat tapıldı
-
20:43Yaponiyanın ölkəmizdəki səfiri Şamaxıda olub
-
20:39Mingəçevirdə Ağsaqqallar şurasının konfransı keçirildi - FOTOLAR
-
17:35“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
-
16:12İlham Əliyev və Mehriban Əliyeva Pirşağı qəsəbəsində - YENİLƏNİB + FOTO
-
14:46Prezident İƏT ilə imzalanmış memorandumu təsdiqlədi
-
14:36Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub
-
13:07Daha bir hərbçimiz şəhid oldu - FOTO
-
12:37“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək" Beynəlxalq Hümanitar Qardaşlıq Patforması arasında Niyyət Protokolu imzalanıb
-
11:57Gənc nəsil tarixi həqiqətləri bilməlidir
-
11:09Azay Quliyev seçicilərlə görüş keçirib
-
11:33Akademik Zərifə Əliyevanın anım günüdür
-
22:26Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
-
19:27Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH
-
16:53Vüqar Rəhimzadə: Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır
-
13:13Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi
-
12:52Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb - FOTO
-
20:33Şuşada bərpa işləri davam edir - FOTOREPORTAJ
-
17:13“Büdcə təşkilatlarının maliyyə əməliyyatları vahid sistemdə işlənsin”
-
17:07Milli birliyimiz yeni zəfərlər yaradır
-
13:01Prezident: “Erməni ordusu məhv edilib, o mövcud deyil”
-
12:00Prezident “İskəndər” raketinin niyə gec tapıldığının səbəbini açıqladı
-
11:30İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDI
-
11:11İlham Əliyev: “Ermənistanda Azərbaycanın davranışını dəyərləndirə bilmirlər”
-
10:58Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”
-
10:18Prezident İlham Əliyev ADA Universitetində təşkil olunan konfransda çıxış edir - CANLI YAYIM
-
17:43İlham Əliyev: “Kəndlər işğal altına düşürdü, AXC-Müsavat cütlüyü isə Ermənistana benzin satırdı”
-
16:28İlham Əliyev Şuşanın “İskəndər-M” raketləri ilə atəşə tutulmasından danışdı: “Biz cavab istəyirik”
-
16:12Prezident Hərbi Qənimətlər Parkının açılışında - CANLI EFİR
-
12:51İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında
-
11:50Mingəçevir şəhərində Koronovirusla mübarizə gündəlik olaraq gücləndirilmiş şəkildə davam etdirilir
-
10:31Qaqarin şəhərinə və “Ulduz şəhərciyi”nə səfərlərim - FOTO
-
10:25“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:25Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin Ağdama səfəri başlayıb
-
11:26"Ağıllı arılar" Azərbaycanda böyük bir layihəni necə yaratdılar - MÜSAHİBƏ
-
17:12Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi (FOTO)
-
10:55Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib - FOTO
Digər xəbərlər
-
SOSİAL
Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib - FOTO/VİDEO
-
SOSİAL
Ramazan Ayında “NEPTUN”dan müjdə: KLASSİK BONUS KART, XÜSUSİ KAMPANİYALAR
-
SOSİAL
Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat tapıldı
-
SOSİAL
Yaponiyanın ölkəmizdəki səfiri Şamaxıda olub
-
SOSİAL
Mingəçevirdə Ağsaqqallar şurasının konfransı keçirildi - FOTOLAR
-
SOSİAL
Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub
-
SOSİAL
Daha bir hərbçimiz şəhid oldu - FOTO
-
SOSİAL
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək" Beynəlxalq Hümanitar Qardaşlıq Patforması arasında Niyyət Protokolu imzalanıb
-
SOSİAL
Gənc nəsil tarixi həqiqətləri bilməlidir