Deputat Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri qəbul edib

Deputat Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri qəbul edib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 30 iyun 2022-ci il tarixində Ucar rayonuna seçiciləri ilə görüşmək üçün səfər edib. Səfər çərçivəsində Milli Məclisin deputatı Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. Eyni zamanda Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağ Zəfərimizin qazanılmasında misilsiz xidmətləri olan Şəhidlərimiz üçün dualar oxunub.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin  Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti görüşü baş tutub. Görüşdə iştirak edən Ucar rayon seçicilərinin hər birinin arzu və istəkləri, o cümlədən qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub. Görüşdə artıq həllini tapmış məsələlərlə bağlı seçicilərin bir qismi Milli Məclisin deputatı Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər. 

Qaldırılan məsələlərin içərisində ən çox şikayətlər əlilliklə bağlı imtina verilən pensiyaların bərpası, işsizlik, sosial problemlərin həlli, hüquqi yardım, müalicə, işə bərpa, su-kanalizasiya problemləri, o cümlədən asfalt yolların çəkilməsi ilə bağlı məsələlər olub. Vətəndaşlar Milli Məclisin deputatı tərəfindən dinlənilib, lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Xəbər lenti