“Əbədi Çempionlar” layihəsi həyata keçirildi - ŞƏMKİRDƏ

“Əbədi Çempionlar” layihəsi həyata keçirildi - ŞƏMKİRDƏ

20 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi 10 –cu qrant müsabiqənin nəticələrinə əsasən qalib olmuş "Əbədi Çempionlar” layihəsi Şəmkir rayon Gənclər və İdman İdarəsi, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi və "Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyinin birgə təşkilatçılığı Şəmkir şəhərində fəaliyyət göstərən "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində həyata keçirilmişdir. Layihənin əsas məqsədi Aprel döyüşlərində Şəhid olan soydaşlarımızın cəmiyyətdə tanıdılması, məktəblilərin, gənclərin onların xatirəsini hər zaman uca tutmasına nail olmaq, cəmiyyətimizin əsl qəhrəmanlarının yeniyetmələr tərəfindən sevilməsi və onlar kimi gələcəkdə vətənə canı ilə bağlı olan bir şəxsiyyət kimi yetişmələrinə töhfə verməkdən ibarətdir. Ümumilkdə 100-ə yaxın şahmatçı arasında seçilən 25 yeniyetmənin iştirakı ilə 7 turdan ibarət olan çempionat gərgin mübarizə ilə yadda qalmışdır. Nəticələrə əsasən Şəmkir şahmat məktəbinin yetirməsi Abbasov Aydın I yerin qalibi olmuşdur. Sonda qalib və iştirakçılara sertifikatlar təqdim olunmuşdur.






Xəbər lenti