"Erməni əsilli məxluqlar..." - Əhəd Abıyev jurnalistləri təhqir etdi

"Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı – Şok siyahı” başlıqlı əsassız, uydurulmuş yazıya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşıdılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə tərəfimizdən müraciət edilmişdir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir.


Erməni əsilli məxluqlar müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə bilərəkdən məkrli niyətlə yazılan yalan və böhtan xarakterli məlumatlarla Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin dövlət xadimi, siyasi rəhbər kimi işgüzar nüfuzunu ləkələməyə çalışırlar.  Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir.


Kütləvi informasiya vasitələri ilə Baş Prokuror hörmətli Kamran Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən və Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazovdan xahiş edirik ki, bu qarayaxma kampaniyasına hüquqi qiymət verilsin, bilərəkdən yalan məlumat yayan saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün, təhqir və böhtan xarakterli məlumatlar yayanlar məsuliyyətə cəlb edilsin"./Demokrat.az
 
Shushapost.Az

Xəbər lenti