Erməni nazirin vəzifədən kənarlaşdırılması üçün petisiyada səs verənlərin sayı artır

Erməni nazirin vəzifədən kənarlaşdırılması üçün petisiyada səs verənlərin sayı artır

Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun vəzifəsindən azad olunması üçün Prezidentin saytında petisiya aparılır.


LOBBİ.az xəbər verir ki, iyunun 2-dən başlanan petisiyada artıq 5 min nəfər səs verib. Ukrayna Daxili İşlər nazirinin vəzifədən dərhal uzaqlaşdırılmasını istəyənlərin sayı durmadan artır.


Qeyd edək ki, mayın 31-də Ukraynada beş yaşlı uşağın polislər tərəfindən güllələnərək öldürülməsindən sonra vətəndaşlar DİN-in binası qarşısında mitinq keçirərək Avakovun istefasını tələb ediblər. Ukrayna Ali Radası isə öz növbəsində, nazirin hadisə ilə bağlı parlamentdə hesabat verməsini tələb edir.


İlkin araşdırma zamanı məlum olub ki, polislər silahdan istifadə edərkən sərxoş olublar. Hər iki polis əməkdaşı həbs edilib.(AZƏRTAC)

Xəbər lenti