Ermənilər azərbaycanlı əsir və girovların üzərində insanlığa sığmayan hərəkətlər ediblər

Ermənilər azərbaycanlı əsir və girovların üzərində insanlığa sığmayan hərəkətlər ediblər
Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını 30 il sonra işğalçılardan azad etdi. Müharibə şəraitində əsir və girov düşmüş şəxslər də olur.

7News.Az xəbər verir ki, 2020-ci il okyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısı ilə görüşlərində hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə başlanılıb. Bu proses hələ də davam edir. 

Bu günlərdə isə əsir və girovların "hamının hamıya” prinsipi ilə qaytarılması gerçəkləşdi.

Bəs geri qaytarılan əsir və girovların sağlamlığı və hələ də əsirlikdə olan həmvətənlilərimizin həyatı nə durumdadır?

Bu barədə Modern.az-a tanınmış hüquqşünas, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev danışıb:

"1990-1993-cü illərdə erməni faşistləri tərəfindən torpaqlarımız işğal olunduqca, qadınlarımız, uşaqlarımız girov götürülmüşdü. Ən çox vətəndaşlarımız isə Xocalı soyqrımı zamanı girov düşdü. Müharibə bitdikdən sonra həmin şəxslərin geri qaytarılması üçün tədbirlər görüldü. Amma onların bir qisminin harada olduğu haqda məlumat olmadığı üçün qaytarılmadı. 

Bu məsələlər barədə Dövlət Təhlükəsizlik Xidmətində komissiya yaradılıb. Həmin komissiya mütəmadi olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyilə əlaqədədir. 

Erməni faşistləri bizim vətəndaşlarımızı girov götürəndən sonra onların orqanlarını satır, qul kimi işlədirdilər”.

Ə.Nuriyev qeyd edib ki, geri qaytarılmış əsirlər bir müddət karantində qalırlar. Çünki bəzi məsələləri bir gün içərisində müəyyən etmək olmur:

"Bildiyimiz kimi, əsir və girovlar qaytarılandan sonra həkim müayinəsindən keçməli, bir müddət karantində qalmalıdırlar. Bu müayinə həmin insanların həm səhhətiylə bağlı, həm də digər məsələlərlə bağlı aparılır. Çünki bəzi məsələlər var ki, onları bir gün içərisində müəyyən etmək olmur. Erməni faşistləri elə bir xislətə sahibdirlər ki, onlar insanlığa sığmayan hər bir hərəkəti edə bilərlər.

Biz tərəfdən itkin düşmüş şəxslərin siyahısının təqdim olunmasına baxmayaraq, onlar düşmən bəzilərinin onlarda olmadığını deyib. Halbuki, onlar həmin insanlar üzərində müxtəlif eksperimentlər apardığı üçün geri qaytara bilmirlər”.

Xəbər lenti