Ermənilər Şuşadakı rus kilsəsini erməni kilsəsi kimi təqdim ediblər
25 Mart 2021, 11:47
25 Mart
2021
11:47
1111
Ermənistan tərəfi Qarabağda rus icması adından istifadə edərək təxribat xarakterli məlumatlar yayır.
7News.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.
O qeyd edib ki, ermənilər guya Qarabağda rus icmasına və etnik rusların yaşadığı ərazilərdə guya rus mirasının dağıdılması ilə bağlı təxribat xarakterli məlumatlar yayaraq insanları aldatmağa çalışırlar:
"Mən Xankəndi şəhərindən olan millət vəkili kimi bununla bağlı fikrimi bildirərək demək istəyirəm ki, erməni tərəfinin yaydığı bu məlumat tamamilə qəbuledilməzdir və bütün doğru məlumatlara əks olaraq dünya ictimaiyyətini aldatmağa yönəlib. Çünki biz Qarabağda, Azərbaycanın işğal edilmiş ərazilərində şahidi olmuşuq ki, nəinki Azərbaycan xalqına məxsus tarixi abidələr məhv edilib, eyni zamanda Qarabağda yaşamış etnik qruplara, xüsusilə də rus icmasına məxsus abidələr də dağıdılıb".
Gəncəliyevin sözlərinə görə, xüsusilə Şuşa şəhərində olan rus kilsəsi və digər ərazilərdə olmuş rus icmasına məxsus bəzi abidələr son 30 ildə məhv edilərək dəyişdirilib. Şuşa şəhərində məşhur rus kilsəsi ermənilər tərəfindən tamamilə dəyişdirilib və erməni kilsəsi kimi təqdim edilib.
"İşğal faktı başa çatdıqdan sonra hamı gördü ki, ermənilər Azərbaycana qarşı, irsimizə, mirasımıza, multikultural dəyərlərimizə qarşı hansı vəhşilikləri edib. Bundan təşvişə düşən ermənilər özlərinin törətmiş olduğu beynəlxalq və mədəni cinayətləri ört-basdır etmək üçün belə təxribat xarakterli məlumatlar yayırlar. Guya rus icmasının Qarabağda hansısa təsirə məruz qaldığını, ruslara məxsus hansısa abidələrin dağıdılmasını qabardırlar. Halbuki, vaxtilə rus icmasına, rus irsinə məxsus tarixi abidələri, kilsələri dağıdanlar elə ermənilərin özləri və onların havadarları olub", - Gəncəliyev deyib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri beynəlxalq təşkilatlara müraciət edərək bu məsələlərdə onları aktiv olmağa çağırıb:
"Mən bir daha Xankəndi deputatı olaraq beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara, xüsusilə də bu məsələlərdə ixtisaslaşmış UNESCO kimi təşkilata müraciət edərək bildirmək istəyirəm ki, onlar bu saxtakarlığa göz yummasınlar. Ermənilərin rus icmasının və etnik rus icmasına məxsus abidələrin öz əllərində təxribat xarakterli məsələlərdə silah kimi istifadə etmələrinə imkan verməsinlər və bunun qarşısını almaq üçün Ermənistan tərəfinə çağırış etsinlər".
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!