Ermənilər terror siyasəti yürüdür, səfirliklərimizi hədəf alırlar - Deputat

Ermənilər terror siyasəti yürüdür, səfirliklərimizi hədəf alırlar - Deputat
Erməni terroru, erməni xisləti öz pisliklərini davam etdirməkdədir. Qarabağ savaşında biabırcasına məğlub olan düşmən əvvəlcə döyüş meydanından qaçdı, sonra üzərinə öhdəliklər götürüb əməl etmədi, sonra təxribatlar törətdi və indi də öz qəyyumları vasitəsilə beynəlxalq sferada iyrənc tendensiyaya start verib. Terror siyasəti yürüdürlər, səfirliklərimizi hədəf alırlar, "ASALA”nı aktivləşdirirlər, hədə dolu bəyanatlar verirlər.

Bunu Trend-in sualına cavabında Milli Məclisin deputatı Elşən Musayev deyib.

E.Musayev təəssüflə bildirib ki, beynəlxalq təşkilatlar hələ də bu məsələyə və ya məsələlərə lazım olan formada münasibət bildirməyiblər.

"Əsas da səfirliklərimizə olan hücumlarla bağlı. Bəs, burada əsas səbəb nədir? – Səbəb sülh müqaviləsini əngəlləməkdir, erməninin acınacaqlı məğlubiyyətini pərdələməkdir, Azərbaycanın qüdrətinə, gücünə qarşı qısqanclıqdır. Amma belə qüvvələr heç bir halda arzularına, hədəflərinə çata bilməyəcəklər. Çünki Azərbaycan müstəqil siyasət yürüdür, Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır, Azərbaycan öz ayağı üstdədir və kimsədən asılı deyil”, - deyə deputat qeyd edib.

O bildirib ki, dövlətimizə qarşı baş qaldırmış bütün təxribatlar fiaskoya uğrayacaq. Erməni və onun havadarları bütün etaplarda məğlub olacaq. Həm döyüş, həm də siyasət meydanında./Trend

Xəbər lenti