Ermənilərin Gəncə terrorunda ailəsini itirmiş üç yaşlı Xədicə - VİDEO

Ermənilərin Gəncə terrorunda ailəsini itirmiş üç yaşlı Xədicə - VİDEO

Gəncənin raket atəşinə tutulması nəticəsində daha bir ailə dağıntılar altında qalıb. Ailədən yalnız Xədicə sağ qaıb.

Atası Röyal Şahnəzərov, ana Züleyxa Şahnəzərova və yaş yarımlıq Mədinə Şahnəzərova vəfat ediblər. 3 yaşlı Xədicə Şahnəzərova isə hazırda müalicə alır.

 

"Sputnik Azərbaycan”ın bölgə müxbiri Gəncə şəhərindəki hospitala gedərək möcüzə nəticəsində sağ qalan üç yaşlı Xədicənin xalası ilə söhbət edib.

2020-ci il oktyabrın 18-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərinə ballistik raketlərlə hücum ediblər.

Raket zərbəsi nəticəsində 13 nəfər həlak olub, 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həlak olanlar və yaralananlar arasında qadınlar və uşaqlar var.


Xəbər lenti