Ermənistana son Zəngəzur xəbərdarlığı - “Dəhliz açılmasa...”
18 İyun 2022, 10:09
18 İyun
2022
10:09
694
"Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
"Bizim üçün bu yol açılmasa, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”, - dövlət başçısı xəbərdarlıq edib.
Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğunu vurğulayıb. Azərbaycan lideri bununla sözsüz ki, ilk növbədə, rəsmi İrəvanın üçtərəfli bəyanatlarla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyinə diqqət yönəldərək, Bakının ciddi narazılığını ifadə edib, İrəvanın isə qeyri-konstruktivliyini nəzərə çatdırıb, eyni zamanda, qarşı tərəfə xatırlatma və xəbərdarlıq edib. Bəs Ermənistan yenə vaxtı uzatmağa çalışsa, Bakının hansı sürprizləri ilə üzləşə bilər?
Elşən Musayev: "Bu dəhlizin açılması tək bizə yox, özlərinə də lazımdır”
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev əminliklə bu məsələnin qısa zamanda həll olunacağını ifadə etdi: "Zəngəzur dəhlizinin açılması son zamanlar müzakirə predmeti olan ən kritik mövzulardan biridir. Səbəbkar isə Ermənistandır. Çünki vədinə, üçtərəfli bəyanatlarda öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ermənistan hər zaman olduğu kimi cığallığa, mövzudan yayınmağa, verdiyi sözdən qaçmağa meyllidir. Üstəlik, onu da anlamırlar ki, bu dəhlizin açılması tək bizə yox, elə özlərinə də lazımdır. Amma yenə də uzada-uzada gedirlər, öz aləmlərində vaxt udurlar, zaman qazanırlar, nəyisə öz xeyirlərinə dəyişdirə biləcəklərini düşünürlər. Amma heç şübhəsiz ki, yanılırlar. Çünki alternativ yoxdur. Üstəlik, erməni özbaşına deyil ki, ağlı kəsən formada hərəkət eləsin. Dəhlizi açmayacaq, açdıracağıq! Sözündən qaçsa, ünvana qədər qovacağıq. Bir daha qeyd etmək istəyirəm: Ermənistanın öz üzərinə götürdüyü rəsmi öhdəliklər var və həmin öhdəliklərin içində ən prinsipial bəndlərdən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır. Cənab Prezident də Qlobal Bakı forumundakı çıxışında aydın şəkildə bildirdi ki, bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq. Gerçək də budur: məlum dəhliz bir tək iqtisadi və tranzit rolunu oynamır. Bu dəhlizin açılması həm də regionda sülhün təminatına yönəlik xüsusi xarakter daşıyır. Və ən əsas məsələ; Zəngəzur dəzliizinin açılması sadəcə ideya deyil, razılaşmadır, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir. Öhdəliyi də götürübsə, əməl etsin. Etməsə, etdirəcəyik”.
Azər Hüseynov: "Bir də gördülər Azərbaycan tarixi torpaqlarımıza hüquqi qayıdış layihəsini işə salıb”
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Azərbaycanın Ermənistanla sülhə getməkdən başqa yolunun qalmadığını söylədi: "Dövlət başçısının bəyanatı onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi inşallah açılacaq. Çünki Azərbaycan bu məsələdə qətiyyət göstərir. Həm də Ermənistanın yadına salır ki, onun başqa variantı yoxdur. Daxildə ciddi ziddiyyətlər yaşayan Ermənistan Azərbaycanla üçüncü savaşa getsə, özünü məhv edər. Ermənistan ümumiyyətlə, dövlət olaraq qalmaq istəyirsə Azərbaycanla sülhə getməlidir. Dövlət başçısı prosesləri ən yaxşı bilir. Əgər belə bir bəyanat səsləndirirsə, deməli məqamıdır. Nə üçün? Ukrayna müharibəsi beynəlxalq tranziti pis günə qoyub. Əslində Rusiya belə bu gün Zəngəzura ehtiyac duyur. Digər yanda Çin ehtiyac duyur. Zəngəzur dəhlizinin işləməsi ehtimal edilən beynəlxalq qida böhranının qarşısının alınması üçün lazımdır. Belə bir dəhliz həm də Turan geoproyekti üçün lazımdır. Ermənistan hakimiyyətinin nala-mıxa vurması sadəcə, zaman uzadır və özlərini bədbəxt edir. Zəngəzur layihəsi həm də Qarabağ və Şərqi Zəngəzurda inşa edilmiş hava limanları və yolların intensiv işləməsi deməkdir. Dövlət başçısı Ermənistandakı revanşizm xəstələrinə mesaj verir ki, ağıllı olun. Bir zaman gələr, biz yeni hərbi doktrina qəbul edərik ki, Cənubi Qafqazda sülh və stabilliyə, təhdidlərə qarşı önləyici zərbə hüququmuz var. Onda nə edəcək Ermənistan? Nə Fransa durub Avropadan onun üçün gələsi deyil, nə Azərbaycanda milyardlıq layihələrdə iştirak edən Amerika onun üçün vuruşan deyil, nə də Paşinyandan zəhləsi gedən və hazırda Azərbaycanla tərəfdaşlıqda maraqlı olan Rusiya onun üçün vuruşası deyil. Ermənistanda əslində bunu anlayırlar. Amma sadəcə arada siyasi ”patı" onları hallandırır. Daha sonra yenə boyunlarını büküb danışıqlara gəlirlər. Amma siyasi "patı” atmaqda davam etsələr, bir də görəcəklər ki, Azərbaycan tarixi torpaqlarımıza hüquqi qayıdış layihəsini işə saldı".
Asif Nərimanlı: "Dəhliz məntiqinin yenidən gündəmə gətirilməsi...”
Siyasi analitik Asif Nərimanlı Azərbaycan tərəfin burada iki gediş etdiyini bildirdi: "Prezidentin çıxışı göstərdi ki, Brüsseldə Zəngəzur dəhlizinin İrəvanın istəyinə uyğun ”yol məntiqi" ilə açılması üzərində şifahi razılaşma olsa da, Bakının dəhliz məntiqi dəyişməyib. Azərbaycan Naxçıvana maneəsiz çıxışın yaradılmasını tələb edir və bunun üçün imzaların atıldığı üçtərəfli bəyanatın icrasını istəyir. Dəhliz məntiqinin yenidən gündəmə gətirilməsi eyni zamanda, Rusiya və Türkiyənin bölgədə birgə fəaliyyəti aktivləşdirmək istəyindən qaynaqlanır. Lavrovun Ankara səfəri bu perspektivi önə çıxardı və bu, Brüssel masasını müəyyən qədər arxa plana keçirə bilər.
İlham Əliyev mümkün perspektiv fonunda Zəngəzurdan maneəsiz çıxışı önə sürür və üçtərəfli razılaşmaların icrasını tələb edir. Bakı buna qarşı daha çox diplomatik təzyiq vasitəsindən istifadə edə bilər. Prezidentin Laçın dəhlizindən maneəsiz keçidə icazə verdiyimizi və Zəngəzur dəhlizində adekvat addımın atılmadığını dilə gətirməsi deməyə əsas verir ki, Bakı dəhlizlərin eyni rejimlə işləməsi prinsipini irəli sürəcək. Bununla Rusiya üzərindən Ermənistana təzyiq edilə bilər. Çünki Moskva Laçında gömrük-keçid məntəqəsinin qurulmasında maraqlı deyil, o cümlədən, Zəngəzurda təhlükəsizliyə özü nəzarət etmək niyyətindədir, bu üçtərəfli bəyanatda da əksini tapıb. Rəsmi Bakı iki gediş edir: Laçından maneəsiz keçidin bağlanmasını gündəmə gətirməklə, Zəngəzurdan maneəsiz keçidə nail olmaq istəyir, Ermənistan maneəsiz keçid verməsə Laçında eyni rejimi tətbiq etmək məsələsini aktuallaşdırmaq imkanı qazanır. Prezidentin Laçın dəhlizindən ilk dəfə "Laçın yolu” olaraq bəhs etməsi bu kontekstdə təsadüfi deyildi. Bununla yanaşı, Azərbaycan sülh sazişi də daxil olmaqla bölgə üzərində razılaşdırılan bütün məsələlərin həlli üçün Zəngəzur dəhlizindən maneəsiz keçid şərtini önə sürə bilər. Prezident də çıxışında bunun mesajını verdi".
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...