“Ermənistanın Rusiyanın forpostu olmaqdan xilası qeyri-mümükündür” — Millət vəkili
14 İyun 2019, 10:58
14 İyun
2019
10:58
1987
"Mən deməzdim ki, Ermənistanın yeni hakimiyyəti Azərbaycana qarşı təxribat və dezinformasiya metodundan istifadə edir. Paşinyandan öncəki hakimiyyətlərə də eyni taktikadan istifadə edib, Paşinyan da həmin siyasəti davam etdirir”.
Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili , Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, bu gün Paşinyan bir il öncə hakimiyyətə gələrkən istər ermənilərə, istərsə də onun hakimiyyətə gəlməsində ona dəstək verən Qərbin bəzi güclərinə verdiyi vədləri yerinə yetirə bilmədiyini, eyni zamanda yürütdüyü siyasətin iflasa uğradığını gördüyündən diqqəti yayındırmaq üçün ən müxtəlif hərəkətlərə əl atır.
"Bütün bunlar erməni xislətindən irəli gələn məsələlərdir. Onun hakimiyyətə gəlməsində dəstək verən qüvvələri aldatmaq üçün Azərbaycana qarşı dezinformasiya xarakaterli məlumatlar yayaraq Azərbaycanı sürətlə silahlanmaqda ititham edir. Daxili auditoriyanı aldatmaq və diqqəti daxildəki böhrandan yayılndırmaq üçün cəbhə xəttində gərginliyi artırıb, insanlığa sığmayan təxribatlara əl atmaqla bunu edir”,- M. İbrahimqızı deyib.
Millət vəkili əlavə edib ki, artıq dünya ictimaiyyəti, xüsusən də onun hakimiyyətə gəlməsinə dəstək verən Qərb onun yalanlarına inanmır:
"Çünki Paşinyan hakimiyyətə gələrkən onlar qarşısında öhdəliklər götürərək demişdi ki, Ermənistanı Rusiyanın caynağından xilas edəcək və bu ölkənin bir əyaləti olmayacaq. Lakin Paşinyan verdiyi bu vədə əməl edə bilmədi. Bu qeyri-mümkün olan məsələ idi. Ona görə ki, Ermənistan bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya iqtisadi İttifaqının rəsmən üzvdür. Belə təşkilatların üzvü olan Ermənistanın Qərb strukturalrına inteqrasiyası qeyri-mümkündür.
Digər tərəfdən bu gün Ermənistaın sənaye obyektləri, ən strateji obyektlər Rusiyanın nəzarətindədir. Belə olan halda Ermənistanın Rusiyanın forpostu olmasından xilas olması qeyri-mümükündür.
Azərbyacanın silahlanmasına gəldikdə isə ilk olaraq onu deyim ki, Ermənistanın irəli sürdüyü iradlar absurddur. Sual vermək lazımdır ki, Azərbaycan niyə silahlanır, səbəb nədir? Bu gün Azərbaycanın 20 fazi torpaqları məhz bu iradları ünvanımıza səsləndirən Ermənistan tərəfindən işğal edilib və işğal siyasəti davam etməkdədir. BMT TŞ-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə Ermənistan ordusunun qeyd-şərtsiz işğla etdiyi torpaqlardan çıxması öz əksini tapsa da, İrəvan beynəlxalq təşkilatların bu sənədlərinə riayət etmir. Münaqişənin həlli ilə bağlı ATƏT Minsk qrupu həmsdərlərinin 30 ilə yaxın fəaliyyəti səmərə vermirsə, o zaman Azərbaycan nə etməlidir? Təbii ki, öz torpaqlarını işğaldan azad etmək və ölkəni gözləyən təhdidin qarşısını almaq üçün ordusunu gücləndirməlidir. Bu gün Azərbaycan faktiki olaraq müharibə şəraitində olan ölkədir. Müharibə şəraitində olan ölkə hansı addımı atmalıdır. Təbii ki, ordusunu gücləndirməlidir. Torpaqları işğal altında və müharibə şəraityində olan ölkənin ordusnun gücləndirməsi isə dünyada normal qarşılanan haldır.
ƏTRAFLI
Nar.az
Bu gün Azərbaycan təkcə ordunu gücləndirmir, eyni zamanda digər sahələri inkişaf etdirir, islahatlar həyata keçirir. Azərbaycan hərtərəfli formada inkişaf edir. Azərbaycanın hərtərəfli dinamik inkişafı dünya birliyi tərəfindən də müsbət qarşılanır və qeyd olunur. Bununla bərəabər ordumuz da inkişaf edir. Odur ki, artıq dünya birliyi Ermənistanın bu yalanlarına və dezinformasiyalarına inanmır ”.
Deputat onu da bildirib ki, Ermənistanla Azərbaycan arasında atəşkəs rejimi barədə saziş imzalanmasına baxmayaraq, mütəmadi olaraq düşmən tərəfindən atəşkəs pozulur və nəticədə mülki və hərbi şəxslər dünyasını dəyişir.
"Ermənistan tərəfindən cəbhə bölgəsində mülki insanların normal həyat tərzinə təhlükə və təhdidlər yaradılır. Belə olan təqdirdə Azərbaycan hansı addımı atmalıdır?! Təbii ki, vətəndaşının təhlükəsizliyini təmin etmək üçün ordusunu gücləndirib, müasir silahlarla təmin etməkdir”,- millət vəkili qeyd edib.
M. İbrahimqızı qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir və hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir: "Ancaq Azərbaycan sülhsevər ölkə olaraq hələ də hesab edir ki, Ermənistanın işğalçılıq siyasətinə danışıqlar yolu ilə son vermək üçün bütün imkanlar tükənməyib. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu işğaldan ən çox əziyyət çəkən elə ermənilər özləridir. İşğal siyasəti uzandıqca üzləşdikləri problemlər və böhranlar daha da dərinləşəcək. Ermənistanın bir dövlət və cəmiyyət olaraq xilası işğal siyasətinə son verməsindən keçir. Əks halda onların Azərbaycana qarşı həyata keçirdikləri dezinformasiya siyasəti nəticə verməycək. Nəticədə yenə də əziyyət çəkən elə ermənilər özləri olacaq. Çünki dünyada hər hansı qüvvə Azərbaycanı tutuduğu haqq yolundan döndərə bilməyəcək. Azərbaycanın işğal siyasəti ilə barışmaq niyyəti yoxdur və bunu Ali Baş Komandan da dəfələrlə bəyan edib. Bunu ermənilər nə qədər tez anlasalar daha yaxşı olar”.
Son olaraq millət vəkili onu da əlavə edib ki, bu gün Azərbaycan cəmiyyəti dövlət-cəmiyyət olaraq səylərini birləşdirərək erməni yalanlarını dünyada ifaş etməlidir./olke
7NEWS.az
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...