"Əsgərə məktub" - Təranə Paşayeva yazır

Salam, əsgər qardaşım!

Necəsən deyə soruşmuram. Hər gün gələn qələbə xəbərləri sənin nə qədər mübariz, ruhunun nə qədər diri olduğunu deyir.

Sən Vətən oğlusan! Vətən torpaqlarının azadlığı uğrunda döyüşə atılmısan!

İgid əsgərim, sənin məğrurluğun, yenilməzliyin, Vətənə olan tükənməz sevgin qarşında baş əyirəm!

Vətən anadır, deyib atılırsan düşmən üstünə! Hünərinə qurban Vətən oğlu!

Sən Vətən üçün, Biz anaları, bacıları qorumaq, müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etmək üçün canını fəda edirsən! Biz analar oğullarımızı Milli Orduya gülə-gülə yola salırıq. Çünki biz haqq işi uğrunda vuruşuruq!

Düşməni zorla, məkrlə sahibləndiyi torpaqlarımızdan hünərinlə qovursan! Bizlərdən – ana-bacılarından arxayın ol! Bizdən heç nigaran qalma!

Biz sizinlə varıq! Dualarımız sizinlədir!

Yenilməz əsgər qardaşım! Bizim işimiz haqq işidir və ədalət mütləq zəfər çalacaq!

Ali baş komandanımız, hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Milli ordumuzun ən qısa zamanda tam qələbə çalacağına əminəm!

Var ol, qəhrəman Əsgərim! Qarabağ Azərbaycandır! Bunu biz bilirik, dost ölkələr bilir. Qulağı kar, gözü kor dünya da bilsin!

Sən hünərinlə, zəfərinlə bildir onlara Əsgər qardaşım!

 

 

Sizin bacınız Təranə Paşayeva


Xəbər lenti