Estoniya küçəsində Xocalı soyqırımı haqqında böyük banner asılıb

Estoniya küçəsində Xocalı soyqırımı haqqında böyük banner asılıb
Estoniya Azərbaycan  Mədəniyyət Mərkəzi  Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə Diaspora Komitesi və ölkəmizin Estoniyadakı səfirliyi ilə birgə paytaxt Tallində bir sıra tədbirlər keçirir. Tallinin mərkəzindəki Teatr meydanında, Estoniya küçəsində Xocalı soyqırımı haqqında böyük banner asılıb. Fevralın 26-da isə Estoniyadakı Azərbaycan Evində deputatların, diplomatik korpusun, media nümayəndələrinin iştirakı ilə anım tədbiri keçiriləcək. Həmçinin yerli televiziya kanalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın hazırladığı "Sonsuz dəhliz" filminin nümayişi planlaşdırılır. Qeyd edək ki, Estoniya parlamentinin Azərbaycan dostluq qrupu bəyanatla çıxış edərək soyqırım hadisəsini pisləyib və qətlə yetirilənlərə rəhmət diləyib

Xəbər lenti