FHN-nin nümayəndə heyəti Rusiyada səfərdədir

FHN-nin nümayəndə heyəti Rusiyada səfərdədir
Fevralın 4-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.

7News.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir K.Heydərov Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Yevgeniy Ziniçevlə görüşüb. Görüş zamanı iki nazirlik arasında əməkdaşlığın vəziyyəti və perspektivləri geniş müzakirə olunub. Vurğulanıb ki, qurumlar arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilən tədbirlər, səfər və görüşlər əlaqələrin qarşılıqlı faydalı olmaqla daha da genişləndirilməsinə imkan yaradır.

Görüş zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında həyata keçirilən aidiyyəti humanitar tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Hər iki nazirliyin müvafiq xilasetmə qruplarının nümayəndələri videokonfrans vasitəsilə görüşdə iştirak ediblər. Ərazilərin minalardan təmizlənməsi, habelə azərbaycanlı pirotexnik-mütəxəssislərin hazırlığı məsələləri də müzakirə olunub.

Səfər zamanı Azərbaycan FHN-in nümayəndə heyəti Rusiya FHN-in Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin fəaliyyəti ilə də tanış olub.
 

Xəbər lenti