Fuad Muradov buna görə sərt tənqid edildi: "Üstümüzə sel yox, DAŞQIN gəlir"

Fuad Muradov buna görə sərt tənqid edildi:
7NEWS.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevi Ukraynada məhkəməyə verib. Məsələyə satirik münasibət bildirən tanınmış jurnalist Möhsüm Aslanov bu biabırçı prosesə görə Fuad Muradovu günahlandırıb: "Kiyevdə səfərdə olan BMT-nin baş katibi Antonio Quterreşlə Prezident Zelenskinin  görüşü zamanı Putinin uşaqları Kiyev şəhərinə bir-iki raket atıb. Cənab Antonio Kiyev şəhərinə ilk səfəri  zamanı 2 acı hadisəyə görə məyus olduğunu izhar edib!.. Biri Putinin gədələrinin dinc insanların yaşadığı yaşayış binasına raket atmasına görə, biri də, Diasporla iş üzrə Dövlət Komitəsinin aparat rəhbəri cənabi Daşqın Rəcəblinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri pan Rövşən Tağıyevi Kiyev şəhərində məhkəməyə verməsinə görə. Kremli başa düşürəm Ukraynada bioloji labarotoriya tikdirdiyinə görə Zelenskini cəzalandırır, özü də haqq eliyir. Bəs, bu Fuad Muradovun insafına nə gəlib axı? İlin, günün bu vaxtında, topun, raketin od püskürdüyü bir məqamda Konqresin damının üstündə narkotika əkdiyinə görə adam da adamı uşaqlarını öyrədib  məhkəməyəmi verdirər? Özü də hakimi David Qarapetiyanın olduğu Şevçenko rayon məhkəməsində. Və sonra da deyib ki, səfir Elmira Axundova düz edib dava başlayan kimi çıxıb gedib öylərinə. Mən onun yerinə olsam bir də heç bu həndəvərə fırlanmaram. Birdə gördün 1-2 ildən sonra onuda eks həmkarı Tələt Əliyev kimi verdilər interpola, di gəl əreseyin düzündə ana, bajı axtar. Görmürsənmi dünyanın zayı çıxıb, kimin ağlına nə gəlir onu da eləyir. Belə getsə mən də gedib BMT-mi bağlayıb BMW-mə minib gedəjəm öz xaravama, deyib də pəjmürdə halda ATƏT-dən nisyə götürdüyü qara papkasını da qoltuğuna vurub Kiyevi arxa qapıdan tərk edib.
Bu arada komitənin məhkəmə təhdidlərindən sağ, salamat qurtulmaq istəyən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin yetkiləri NATO-ya mütaciət edərək dəstək istəyiblər. "Əgər Ukrayna kimi vaxtında dəstək gəlməzsə  Konqresdən Avropaya 500 minə yaxın qaçqın axını ola bilər. Çünki, qabaqlar sel gələndə öndə çör-çöp gətirirdi. Bu dəfə üstümüzə fırtınanı xatırladan DAŞQIN gəlir. Özü də təxminən 120 kq olar? Sel demiş, yadıma bir olmuş əhvalat düşdü. Böyük vətən müharibəsi zamanı bizim qonşu kənddə bir Qəmər xala var imiş. Rayonun hərbi komissarı gəlirki, oğlun Əlibalanı  hazırla müharibəyə getməlidir. O yazıqda ağlaya-ağlaya oğlunu hazırlayıb arxasınca da bir parç su atıb deyir: Kül başına ay Hitler, gör üstünə kim gəlir?! Düdük çalan Əlağa!!!

P.S. Və yaxud sual kimi tapmaca: Kim deyə bilər, Komitə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə niyə Lenin burjaziyaya, Putin Ukraynaya baxan kimi baxır?!.."
7NEWS.az

Xəbər lenti