“Gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə həvəskar idman yarışlarının təşkili” layihəsi çərçivəsində Xızıda tədbir keçirilib

“Gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə həvəskar idman yarışlarının təşkili” layihəsi çərçivəsində Xızıda tədbir keçirilib

AGF –nun dəstəyi ilə bu layihə Xızı rayonunda həyata keçirilib. Layihə çərçivəsində 7,8,və 9 sinif şağirdləri, məktəbin idman müəllimi və valideynlər layihənin icrasına cəlb olunmuşdur. Keçirilmiş təlimlər zamanı hər bir idman növü haqqında geniş informasiya verilmişdir. Şagirdlər arasında komandalar seçilmişdir. Disskusiya nəticəsində şagirdləri maraqlandıran bütün suallara ətraflı cavablar verilmiş və şagirdlərdə idmana həvəsi daha da artırılmışdır. Gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə həvəskar idman yarışlarının (mini futbol,voleybol,futbol,basketbol,peyntbol və s ) təşkil edib gənclərə öz bacarıqlarını nümayiş ettdirmək üçün şans yaradıldı. Son illər Azərbaycan idmançılarının Beynəlxalq idman yarışlarında qazandığı qələbələr, uğurlar gənclərimizi daha da idmana cəlb edir, idmana həvəsi daha da artırır. Keçirilmiş təlimlərin məqsədi şagirdlərə sağlam həyat tərzi haqda geniş informasiya verilmiş, onlarda komanda ruhunun formalaşması və inkişaf etdirilməsidir.








Xəbər lenti