Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi!

22 Yanvar 2021, 16:32
22 Yanvar
2021
16:32
122
21 yanvar 2021-ci il tarixində "Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən "Böyük Qayğı” Proqramının onlayn təqdimatı keçirilib.
Proqramın əsas məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə edərək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıdaraq, gənclərin Vətən üçün döyüşən insanlara rəğbətini əməldə göstərməkdir. Belə ki, seçilmiş şəhər və rayonlar üzrə formalaşdırılacaq mobil könüllü qrupları gündəlik əsaslarla qazilərimizi ziyarət edəcək, onların asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə yardımçı olacaqlar. Həmçinin xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlər təşkil ediləcək.
Proqrama cəlb edilən bütün könüllülər sosial həssas qruplarla işləmə bacarığı ilə bağlı təlimlərdə iştirak edəcək və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin ediləcəklər.
Təqdimatda Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, "Böyük Qayıdış” Gənclər Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri, qazilər və 200-dən artıq gənc iştirak etmişdir. Çıxış edənlər müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun tarixi qələbəsi, həmçinin dövlət başçısının tapşırığı əsasında müxtəlif dövlət qurumları tərəfindən Vətən müharibəsi iştirakçılarının dəstəklənməsi tədbilərindən danışdılar. Bu xüsusda, gənclər tərəfindən qazilərimizə birbaşa sosial xidmət göstərmək imkanı yaradan "Böyük Qayğı” Proqramına dəstək ifadə olundu.
Tədbirdə gənclərlə interaktiv müzakirələr təşkil olundu və Proqramda iştirakla bağlı müraciətlər qeydiyyata alındı.
"Böyük Qayıdış” Gənclər Təşkilatının məqsədi müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesində gənclərin səfərbər edilməsi, şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, dövlət və cəmiyyət arasında körpü, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir. Təşkilat fəaliyyətində müvafiq dövlət qurumları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, KİV-lər və özəl qurumlar, eyni zamanda müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağı nəzərdə tutub.
"Böyük Qayğı” Proqramına qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər boyukqayidish.az saytı və İctimai Birliyin sosial media hesabları vasitəsilə əlaqə yarada bilərlər.

Xəbər lenti
-
12:266 övladını qoyub döyüşlərə qatılan Vətən müharibəsi iştirakçı
-
15:13Gənclər, biznes ideyalarınızı reallaşdırmaq üçün müraciət müddəti 28 mart tarixinədək uzadıldı
-
11:28Suraxanı rayonunda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
-
11:25Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib
-
11:18Mingəçevirin küçə və parklarının yaşıllıqları qorunacaq - SUVARMA ŞƏBƏKƏSİ ÇƏKİLİR
-
19:41Göygöl - Daşkəsəndə şəhid ailələri ziyarət edilir
-
17:11"Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın" - Azay Quliyev
-
13:27“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:21İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
-
13:15İlham Əliyev və Mehriban Əliyeva dünyada ilk dəfə Bakıda yaradılan gəmi-muzeyinin açılışında
-
13:12İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
-
13:04Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ
-
11:26Şücaəti ilə tarix yazan qəhrəman şəhidimiz Cəlaləddin Fərhadov - FOTOLAR
-
17:29Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
-
15:40Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
15:37Son nəfəslərinə kimi evlərini ermənilərə təslim etməyən bir ailə dastan yazdı – Bu filmdə Xudayar da oxuyacaq
-
15:30Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
13:15İlham Əliyevdən Fikrət Sadıxovla bağlı SƏRƏNCAM
-
11:43Avropa İttifaqı və UNFPA Azərbaycanda ataların uşağa qulluqda iştirakının təşviqi məqsədilə Atalar Məktəbləri yaradır
-
16:56İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
-
16:10İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi
-
13:52İlham Əliyev iranlı jurnalistə irad bildirdi: “Dediyinizin arxasında durmalısınız”
-
12:18Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi – VİDEO
-
12:12Gənclər təşkilatları Xocalı soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər olublar - VİDEO
-
11:59Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu - Prezident açıqladı
-
19:57“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib - MİNGƏÇEVİRDƏ
-
19:49Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Şamaxıda onlayn formatda konfrans keçirilib - FOTOLAR
-
19:34ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO
-
17:30Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri
-
17:08Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
16:41“Pray for Ganja”
-
11:59Azay Quliyev Koncaryanın yalanını ifşa etdi
-
10:54"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda müzakirələr aparılıb
-
16:19Ramil Həsən Türkiyənin Samsun Universiteti ilə birgə keçirilən tədbirdə çıxış edib - XOCALI SOYQIRIMI İLI BAĞLI
-
11:48Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı
-
17:17Ramil Həsən: "'TƏK MİLLƏT, TƏK ÜRƏK' Beynəlxalq Humanitar Platforması 2000 Şəhid və Qazi ailəsini əhatə edib"
-
16:28Estoniya küçəsində Xocalı soyqırımı haqqında böyük banner asılıb
-
13:59Mingəçevirdə daha bir nümunəvi məhəllə istifadəyə verildi - QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM EDİR
-
13:24Deputat hərbçilərin maaş məsələsini QALDIRDI
-
13:03Muğanbank Çinin “Bir Kəmər Bir Yol” layihəsinə (BRBR) qoşulan ilk Azərbaycan Bankı oldu
03 Mart 2021
02 Mart 2021
01 Mart 2021
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021
25 Fevral 2021
24 Fevral 2021
23 Fevral 2021
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, SOSİAL
VƏTƏNDAŞ İTTİHAM EDİR: "Dövlət Sərhəd Xidmətinin müavini və zabiti 315 min manatımı vermir!”
-
GÜNDƏM, SOSİAL
ASGA "İKİ ŞƏHİD QARDAŞIN QƏHRƏMANLIQ DASTANI” – adlı sənədli filmi təqdim etdi – VİDEO
-
GÜNDƏM, SOSİAL
Azərbaycan-Türkiyə media anlaşması qəbul edildi
-
GÜNDƏM, SOSİAL
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi!
-
GÜNDƏM, SOSİAL
ASGA Vətən müharibəsində şəhid olan 2 qardaşa film çəkəcək - MİNGƏÇEVİRDƏ
-
GÜNDƏM, SOSİAL
Bu gün Milli Qəhrəman Polad Həşimovun DOĞUM GÜNÜDÜR
-
GÜNDƏM, SOSİAL
Apteklərdə satılan dərman paketlərini “Avromed” hazırlayıbmış -
-
GÜNDƏM, SOSİAL
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI