Gənclər təşkilatlarının rəhbərlərinin Gəncə və Bərdəyə növbəti dəstək səfəri baş tutdu

Gənclər təşkilatlarının rəhbərlərinin Gəncə və Bərdəyə növbəti dəstək səfəri baş tutdu

Bildiyiniz kimi uzun müddətli Qarabağ həsrəti Ali Baş Komandanın zəfər xəbərini elan etməsi ilə bitdi və xalqımız bu qələbəni böyük ruh yüksəkliyi və sevinc hissi ilə qeyd etməyə başladı. Qələbə xəbərini uzun müddətdir gözləyən, Vətən müharibəsi müddətində arxa və ön cəbhədə daim mübarizə aparan gənclərimiz Ulu Öndər Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına zəfər yürüşü edərək Ulu Öndərə və şəhidlərimizə hörmətlərini ifadə edirlər. Lakin bu tarixi qələbənin qazanılmasında təkcə əsgərlərimiz yox, mülki vəndaşlarımız da canından keçdi.

 

Ermənistan Silahlı qüvvələrinin ölkəmizə qarşı cəbhədə törətdiyi təxribatlar, mülki insanların hədəf alınması nəticəsində Bərdədə,Tərtərdə və Gəncədə və digər rayonlarda bir çox vətəndaşların evləri dağılmış və ailə üzvlərini itirmişlər.

 

Bu səbəblə də, zəfər xəbərini alan gənclər təşkilatlarının nümayəndələri tərəfindən 11 noyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə növbəti dəfə Gəncə vər Bərdəyə səfər edilib. Səfərin əsas məqsədi dağıntı zonasını ziyarət etmək, zərər çəkmiş ailələrə baş salığı vermək, qələbə sevincini bölüşərək gənclərin dəstəyini onlara hiss etdirmək olmuşdur.

 

Səfər çərçivəsində Gəncə, daha sonra isə Bərdə şəhərinə yollanan gənclər təşkilatlarının nümayəndələri zərər çəkən ailələrlə söhbətlər apardılar. Aparılan söhbətlər zamanı insanlar birlik nümayiş etdirərək qələbə sevinclərini ifadə edib Cənab Prezident İlham Əliyevə bu qələbəyə görə minətdarlıqlarını dilə gətirdilər.

 

 

 

 

 




Xəbər lenti