“GƏNCLƏRİN BEYNƏLXALQ TURİZM LAQERİ” adlı layihənin 2017-ci il üçün turu başa çatdı

“GƏNCLƏRİN BEYNƏLXALQ TURİZM LAQERİ” adlı layihənin 2017-ci il üçün turu başa çatdı

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) "XXI ƏSR” MMC-nin dəstəyi ilə adada "GƏNCLƏRİN BEYNƏLXALQ TURİZM LAQERİ” adlı 10 illik layihənin 2017-ci il üçün planını icra edib.

16 Noyabr 2017-ci il tarixdə başlanan infotur çərçivəsində 15 gənc turzim sahəsində müxtəlif biliklərə sahib çıxıblar.

ASGA-nın mətbuat xidmətindən verilən məlumata görə layihənin əsas məqsədi ölkəmizin turizm imkanlarını gənclər arasında yaymaqdan ibarətdir: "Bu mənada ASGA və"XXI ƏSR” MMC olaraq 16 Noyabr 2017-ci il tarixdə belə bir layihəyə start verdik. Layihə kommersiya məqsədi daşımır və sırf "XXI ƏSR” MMC-nin könüllü dəstəyi ilə reallaşıb. 25 Noyabr 2017-ci il tarixədək davam edən laqer çərçivəsində 15 gənc iştirak edib.

Məlumat üçüb qeyd edək ki, "GƏNCLƏRİN BEYNƏLXALQ TURİZM LAQERİ” adlı layihə ASGA və "XXI ƏSR” MMC tərəfindən imzalanan 10 illik müqavilə (2014-2024) əsasında həyata keçirilir.

7NEWS.az

Xəbər lenti