Gürcüstanda parlament seçkiləri ilə bağlı müstəqil sorğu keçirilib

Gürcüstanda parlament seçkiləri ilə bağlı müstəqil sorğu keçirilib

İnterpress.az xəbər verir ki, Gürcüstanda baş tutacaq parlament seçkiləri ilə bağlı müstəqil sorğu keçirilib.
Gorbi: Bu gün seçkilər keçirilsə, respondentlərin 56,3% -i "Gürcü Arzusuna” səs verəcəkdir
Gorbi təşkilatının keçirdiyi sorğunun əsas sualı, "Bu gün parlament seçkiləri keçirilsəydi, aşağıdakı partiyalar arasında seçim etmək məcburiyyətində qalsanız, hansı partiyaya səs verərdiniz?” Sualına dair seçkiöncəsi sorğusunun nəticələri məlum oldu:

"Gürcü Arzusu "- 56.3%

"Milli Hərəkat” – 11.9%

"Vətənpərvərlər Alyansı” – 7.1%

” Avropalı Gürcüstan” – 4.8%

"Ağmaşenebeli Strategiyası ” – 3.5%

"Leybolistlər Partiyası”- 3.3%

"Lelo” – 2.9%

"Qirçi” – 2,7%

"Demokratik Partiya” – 1,7%

Digər – 1,3%

„Hər biri" – 4,5%

Sorğu avqust ayında alokasiya prinsipi əsasında aparılıb. Sorğular dörd dildə – gürcü, rus, azərbaycan və erməni dillərində aparılıb.

Qeyd edək ki, daha öncə bir sıra beynəlxalq təşkilatlar da sorğu keçirərək eyni nəticə əldə etmişlər.

Xəbər lenti